Sosial

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi əlilliyi olan şəxslərin təşkilatlarının nümayəndələri ilə görüşdü

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının (ƏŞTİ) ofisində təşkilatın nümayəndələri ilə görüş keçirib.

Görüşdə ƏŞTİ-nin prezidenti Davud Rəhimli qurumun fəaliyyəti, BMT-nin nizamnamə və müqavilə mexanizmləri çərçivəsində qurulan əməkdaşlıq əlaqələri barədə məlumat verib. O, bu əməkdaşlığın əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və təmin olunması, eləcə də inklüziv cəmiyyətin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə ƏŞTİ İdarə Heyətinin üzvləri İradə Rizaadə, Səmyar Abdullayev, Gülər Əhmədova, Səadət Bayramova və Məhluqə Rəhimova da iştirak ediblər. Onlar təşkilatın fəaliyyəti, əsas iş istiqamətləri və həyata keçirilən təşəbbüslər barədə qonağa məlumat veriblər.

Dmitro Şlapaçenko Azərbaycanda həyata keçirilən sosial islahatları, əlilliyi olan şəxslərin qərarların qəbulunda iştirakının və idarəetmə proseslərinə cəlb olunmasının təmin edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. O, əldə olunan nəticələrin daha da inkişaf etdirilməsi üçün dövlət qurumları, BMT strukturları və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə gələcək əməkdaşlığın istiqamətləri, birgə layihələrin həyata keçirilməsi və əlilliyi olan şəxslərin hüquqlarının daha səmərəli təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər ƏŞTİ-nin daha geniş tərkibli heyəti ilə növbəti görüşlərin keçirilməsi barədə də razılığa gəliblər.

Bugün TV

Oxşar xəbərlər

ATMU-da Rauf Denktaş Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib – FOTO

Aynur Camal

Bayrağa ehtiram – dövlətə və Vətənə sədaqət

Aynur Camal

Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan günəş” adlı tədbir keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu