Enselad, Saturn, kosmos, mikroorqanizmlər, planetlər, yadplanetli həyat, astronomiya, elm
Dünya

Saturnun peykində həyat ehtimalını gücləndirən yeni nəticə

Bugun.tv xəbər verir ki, alimlər Saturnun peyki Enseladın buz təbəqəsinin altında yerləşdiyi ehtimal edilən okeanın bəzi canlı formaları üçün uyğun ola biləcəyinə dair yeni nəticələr əldə ediblər.

The Guardian-ın məlumatına görə, Yaponiya yaxınlığındakı dərin sularda yaşayan mikroorqanizmlər laboratoriyada Enseladın okeanına bənzədilmiş duzlu məhlulda sınaqdan keçirilib.

Tədqiqat zamanı mikroorqanizmlərin yüksək qələviliyə malik mühitdə yaşamağa davam etdiyi müəyyənləşdirilib. Alimlər bildirirlər ki, bu nəticə Saturnun peykində mikrobioloji həyatın mümkünlüyü ilə bağlı əvvəlki elmi ehtimalları gücləndirir.

Enseladın səthindən kosmosa su buxarı və buz hissəcikləri püskürdüyü müşahidə olunub. Bu isə onun buz təbəqəsinin altında duzlu su okeanının olması ehtimalını artırıb.

Mütəxəssislər vurğulayırlar ki, aparılan təcrübə Enseladda həyatın mövcudluğunu sübut etmir. Araşdırma yalnız bəzi mikroorqanizmlərin belə şəraitdə yaşaya biləcəyini göstərir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Şahzadə Corcun çəkdiyi balıqçıl quşunun rəsmi jurnalda dərc olunub

Aynur Camal

Təbii bakteriyalar kartof və buğdanın məhsuldarlığını əhəmiyyətli dərəcədə artırdı

Aynur Camal

Tramp və Netanyahu arasında İranla bağlı telefon danışığının gərgin keçdiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu