BMT, Baş Assambleya, irqçilik, ayrı-seçkilik, ksenofobiya, Nyu-York, beynəlxalq toplantı, dünya xəbərləri
Hadisə

Avstraliyalı turistin axtarışı davam edir

Bugun.tv xəbər verir ki, Peruda dağ yürüşünə çıxan 30 yaşlı avstraliyalı Jordan Yap-dan günlərdir xəbər alınmır. Onun axtarışı genişləndirilib.

The Guardian-ın məlumatına görə, Melburnda yaşayan Yap sentyabrın 14-də Peru ərazisindəki Huayhuash dağ silsiləsində 120 kilometrlik tək səyahətə başlayıb. O, təxminən 10 günlük yürüşdən sonra geri qayıtmalı idi.

Turistin ailəsi və dostları bildiriblər ki, o, təcrübəli yürüşçüdür və səfər zamanı əlaqə saxlamaması onun üçün qeyri-adi haldır. O, Huarasdakı hosteldə saxladığı əşyalarını da götürməyib və Limadan başqa istiqamətə planlaşdırılan uçuşuna getməyib.

Axtarışlara yerli dağ-xilasetmə qrupları cəlb olunub. Ailə Peru hakimiyyətindən və Avstraliya hökumətindən əlavə dəstək istəyib.

Huayhuash marşrutu yüksək dağlıq və çətin ərazi hesab olunur. Axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Qunduzlar yenidən təbiətə buraxıldı: əraziləri nadir yuxu siçanları basdı

Aynur Camal

Avtobus 31 avtomobillə toqquşdu: 59 nəfər xəsarət aldı

Aynur Camal

Araşdırma başladıldı, beş nəfər saxlanıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu