Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında təcili eniş edən “Flydubai” təyyarəsində baş verən insidentlə bağlı açıqlama verib.
Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, hadisənin səbəbləri hələ tam aydın deyil. Onun sözlərinə görə, təyyarənin köməkçi pilotu ya terrorçu, ya da psixoloji problemi olan şəxs ola bilər və həmin şəxs kapitan pilota bıçaqla hücum edib.
ABŞ prezidenti qeyd edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə hadisə barədə uzun telefon danışığı aparıb. Trampın sözlərinə görə, Netanyahu ona təyyarədə olan israilli sərnişinin kokpitdən gələn qışqırıqları eşidərək müdaxilə etdiyini bildirib.
Trampın iddiasına əsasən, sərnişin pilotu oturacaqdan çıxarıb və idarəetməni ələ alaraq təyyarəni düz uçuş vəziyyətinə gətirib. O, sərnişinin təyyarə idarəetməsi barədə məlumatı televiziya proqramından öyrəndiyini bildirib. Bununla belə, Tramp bu məlumatların doğruluğunu şəxsən təsdiqləmədiyini vurğulayıb.
ABŞ Dövlət Departamenti isə təyyarədə dörd ABŞ vətəndaşının olduğunu və onlara konsulluq dəstəyi göstərməyə hazır olduqlarını açıqlayıb.
İnsidentin səbəbləri ilə bağlı araşdırma davam edir. “Flydubai” şirkəti də kokpitdə baş verən qarşıdurmanın səbəbinin hələ məlum olmadığını bildirib.
Mənbə: TRT Haber
