Bugun.tv xəbər verir ki, Qara dənizdə Bolqarıstan sahilləri yaxınlığında iki kommersiya gəmisinə dronlarla hücum edilib. Hadisə nəticəsində bir gəmi batıb, digər gəminin heyəti isə xilas edilib.
Məlumata görə, hücuma məruz qalan gəmilər Bolqarıstanın iqtisadi zonasının ərazisində olub. Gəmilərdən biri ciddi zədələnərək batıb. Digər gəmidə isə yanğın baş verib.
Bolqarıstanın “Dioscuria” bərəsi ikinci gəminin 18 heyət üzvünü xilas edib. Onlardan 11-nin Türkiyə, 7-nin isə Hindistan vətəndaşı olduğu bildirilir. İki dənizçi yaralanaraq Varna şəhərində xəstəxanaya aparılıb.
Batmış gəminin heyət üzvlərinin taleyi ilə bağlı axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Hadisənin arxasında kimin dayandığı hələlik rəsmən müəyyən edilməyib.
Bolqarıstanın baş naziri Rumen Radev hücumu beynəlxalq və dəniz hüququnun ciddi pozuntusu adlandırıb.
Mənbə: Associated Press
