qeyri-adi otellər, turistlər, Fransa, səyahət, qalalar, mağaralar, turizm, qeyri-adi gecələmə
Dünya

Qeyri-adi gecələmə yerlərinin ən çox olduğu ölkə məlum oldu

Bugun.tv xəbər verir ki, turistlər üçün qeyri-adi gecələmə məkanlarının sayına görə Fransa dünyada ilk sırada yer alıb.

Araşdırmada mağara, qala, ağac evləri, su üzərindəki evlər, külək dəyirmanları, mayaklar, yeraltı evlər və günbəzlər kimi fərqli yaşayış məkanları araşdırılıb.

Məlumata görə, Fransada bu kateqoriyalara daxil olan 2 940 yaşayış məkanı qeydə alınıb. Ölkədə 1 000-dən çox qala, 400-dən çox suüstü ev və 30 külək dəyirmanı turistlərin istifadəsinə təqdim olunur.

qeyri-adi otellər, turistlər, Fransa, səyahət, qalalar, mağaralar, turizm, qeyri-adi gecələmə

Siyahıda ikinci yeri ABŞ, üçüncü yeri isə İtaliya tutub. Braziliya və Kolumbiya ilk beşliyə daxil olub.

Avropada Fransa ilə yanaşı Böyük Britaniya və Yunanıstan da siyahıda yer alıb. Yunanıstan xüsusilə mağara tipli yaşayış məkanlarının çoxluğu ilə seçilib.

Mütəxəssislər turistlərin standart otel və mənzillərdən fərqli, daha yaddaqalan məkanlara marağının artdığını qeyd edirlər.

Mənbə: Euronews

Aynur Camal

Oxşar xəbərlər

Məşhur italyan dizayneri tarixi mədrəsəni podiuma çevirdi

Aynur Camal

Su qıtlığı dərinləşir: ölkələr yeni üsullara keçir

Aynur Camal

Belçikalı alim Antarktida buzlarını teleskopa çevirdi və Nobel qazandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu