Bugun.tv xəbər verir ki, dünyada su qıtlığının artması ölkələri mövcud su ehtiyatlarından daha səmərəli istifadə etmək üçün yeni texnologiya və infrastruktur layihələrinə yönəldir.
Euronews yazır ki, dünyanın əhalisinin təxminən yarısı ilin müəyyən dövründə ciddi su çatışmazlığı ilə üzləşir. İqlim dəyişikliyi, əhalinin artması və suya tələbatın yüksəlməsi vəziyyəti daha da ağırlaşdıra bilər.
Birləşmiş Ərəb Əmirliklərində içməli suyun böyük hissəsi dəniz suyunun duzsuzlaşdırılması hesabına əldə edilir. Özbəkistanda isə əsas diqqət suvarma sistemlərinin yenilənməsinə və kənd təsərrüfatında su itkisinin azaldılmasına yönəldilib.
Özbəkistanın Fərqanə vadisində həyata keçirilən layihələr nəticəsində suyun kənd təsərrüfatı sahələrinə daha səmərəli çatdırılması nəzərdə tutulur. Damcı suvarma kimi üsullar da su ehtiyatlarına qənaət etməyə imkan verir.
Mütəxəssislər su qıtlığı ilə mübarizədə texnologiya ilə yanaşı beynəlxalq əməkdaşlıq və investisiyaların da vacib olduğunu bildirirlər.
Mənbə: Euronews
