Virgin qatarları, Avropada sürətli qatar, London Paris qatarı, Eurostar, beynəlxalq dəmir yolu, Alstom, sərnişin daşımaları, turizm xəbərləri
Dünya

Avropaya yeni sürətli qatar marşrutları açılacaq

Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın Virgin şirkəti Londonu Avropanın bir neçə böyük şəhəri ilə birləşdirəcək yeni sürətli qatar xidmətini təqdim etməyə hazırlaşır. Şirkət 2030-cu ildə fəaliyyətə başlamağı və bu sahədə hazırda əsas operator olan Eurostar ilə rəqabət aparmağı planlaşdırır.

“The Guardian”ın oktyabrın 9-da yaydığı məlumata görə, Virgin yeni layihə çərçivəsində Alstom şirkətindən 12 sürətli qatar sifariş edib. Qatarların saatda 300 kilometrədək sürətlə hərəkət etməsi nəzərdə tutulur.

Plan üzrə Londonla Paris, Brüssel və Amsterdam arasında gündəlik 20 gediş-gəliş reysi təşkil edilə bilər. Şirkətin hesablamalarına əsasən, yeni xidmət Avropanın beynəlxalq dəmir yolu şəbəkəsinə ildə təxminən 7,5 milyon əlavə sərnişin yeri qazandıra və 1 000-dək yeni iş yeri yarada bilər.

Virgin yeni qatarların təkcə sürətinə deyil, sərnişinlər üçün rahatlığına da xüsusi diqqət yetirməyi planlaşdırır. Şirkət öz aviasiya, kruiz və hotel biznesindəki təcrübəsindən istifadə edərək qatarlarda istirahət, işləmək və ünsiyyət üçün rahat məkanlar yaratmaq niyyətindədir. Yemək xidmətlərinin də kruiz gəmilərinin menyularından ilhamlanacağı bildirilir.

Layihənin həyata keçirilməsi üçün Britaniyada dəmir yolu infrastrukturundan istifadə imkanları da vacibdir. Nəşrin məlumatına görə, şirkətin qatarlarının saxlanılması və xidmət göstərilməsi ilə bağlı razılaşma əldə edilib, ölkə daxilində dəmir yolu xətlərinə çıxışın isə ən azı 2040-cı ilədək təmin olunması nəzərdə tutulur.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Axşam çay içmək yuxunun keyfiyyətini pisləşdirə bilər – araşdırma

Aynur Camal

BMT Sudanın Darfur bölgəsinə silah embarqosunu uzatdı

Aynur Camal

Britaniyada şirkətlər çirkab suların emalından 340 milyon funt sterlinqdən çox gəlir əldə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu