Sudan, Darfur, BMT Təhlükəsizlik Şurası, silah embarqosu, Sudan müharibəsi, Rusiya Çin, humanitar böhran, beynəlxalq sanksiyalar
Dünya

BMT Sudanın Darfur bölgəsinə silah embarqosunu uzatdı

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Sudanın Darfur bölgəsinə tətbiq edilən silah embarqosunun müddətini daha iki ay uzadıb. Bununla belə, məhdudiyyətlərin ölkənin bütün ərazisinə şamil edilməsi ilə bağlı ABŞ-ın təklifi qəbul edilməyib.

“Al Jazeera”nın oktyabrın 9-da yaydığı məlumata görə, Rusiya və Çin embarqonun bütün Sudana genişləndirilməsinin əleyhinə çıxıblar. Təhlükəsizlik Şurası cümə axşamı qəbul etdiyi 2830 saylı qətnamə ilə mövcud rejimin müddətini dekabrın 11-dək uzadıb.

Qərar çərçivəsində sanksiyalara nəzarət edən ekspertlər panelinin mandatı da 2027-ci il yanvarın 11-dək davam etdiriləcək. Darfur bölgəsinə silah embarqosu ilk dəfə 2005-ci ildə tətbiq edilib. Mövcud tədbirlərə silah tədarükünə məhdudiyyətlərlə yanaşı, müəyyən şəxslərə səyahət qadağası və aktivlərin dondurulması da daxildir.

ABŞ nümayəndələri mövcud mexanizmin Sudandakı indiki münaqişənin miqyasına uyğun olmadığını bildirərək məhdudiyyətlərin bütün ölkəyə yayılmasını istəyiblər. Rusiya və Çin isə indiki sanksiya rejiminin saxlanmasını dəstəkləyiblər.

Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında 2023-cü ilin aprelində başlayan müharibə ölkədə ağır humanitar böhran yaradıb. “Al Jazeera”nın məlumatına görə, münaqişə nəticəsində ən azı 59 min nəfər həlak olub, təxminən 13 milyon insan evini tərk etmək məcburiyyətində qalıb. Ölkənin bəzi bölgələrində aclıq təhlükəsi də davam edir.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Avropaya yeni sürətli qatar marşrutları açılacaq

Aynur Camal

Britaniyada şirkətlər çirkab suların emalından 340 milyon funt sterlinqdən çox gəlir əldə edir

Aynur Camal

Kolumbiya cəngəlliyində yeni nəhəng su zanbağı növü aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu