Bugun.tv xəbər verir ki, BMT-nin Uşaq Fondu (UNICEF) Qəzza zolağında uşaqların qidalanma vəziyyətinin yaxşılaşdırılması istiqamətində əldə edilən irəliləyişin hələ də kövrək olduğunu açıqlayıb.
Reuters agentliyinin 16 oktyabr tarixli məlumatına görə, kommersiya təchizatının dayanması bölgədə ərzaq və digər zəruri malların çatdırılmasına mənfi təsir göstərə və uşaqların qidalanma vəziyyətini daha da ağırlaşdıra bilər.
UNICEF xəbərdarlıq edib ki, əldə olunan nəticələrin qorunması üçün Qəzza zolağına ərzaq məhsulları və digər vacib malların fasiləsiz çatdırılması təmin edilməlidir. Təşkilat humanitar yardıma ehtiyacı olan insanların zəruri məhsullara davamlı çıxışının vacibliyini vurğulayıb.
Qəzzada uşaqların qidalanma vəziyyətinin yaxşılaşdırılması üçün təchizat zəncirinin fasiləsiz işləməsi və humanitar ehtiyacların vaxtında qarşılanması mühüm əhəmiyyət daşıyır.
Mənbə: Reuters
