Britaniya xəbərləri, ictimai nəqliyyatda cərimə, yüksək səslə video izləmək, avtobus qaydaları, sərnişin davranışı, 100 funt cərimə, qulaqlıq istifadəsi, The Guardian
Dünya

İctimai nəqliyyatda yüksək səslə video izləyənlər cərimələnə bilər

Bugun.tv xəbər verir ki, Böyük Britaniyada avtobus və qatarlarda yüksək səslə musiqi dinləyən, video izləyən və digər sərnişinləri narahat edən şəxslərə qarşı yeni tədbirlər hazırlanır. Yeni qaydalara əsasən, avtobuslarda bu cür davranışlara görə 100 funt sterlinqədək cərimə tətbiq oluna bilər.

“The Guardian” qəzetinin 20 oktyabr tarixli məlumatına görə, hökumət ictimai nəqliyyatda səs-küyün və narahatedici davranışların qarşısını almaq məqsədilə yeni kampaniyaya başlayıb. Sərnişinlərdən telefonlarında musiqi və videolara qulaqlıq vasitəsilə qulaq asmaları, ətrafdakı insanların rahatlığını nəzərə almaları istənilir.

Təklif olunan tədbirlər yalnız yüksək səslə video izləməklə məhdudlaşmır. Avtobuslarda elektron siqaret çəkmək və zibil atmaq kimi davranışlara görə də cərimələrin tətbiqi nəzərdə tutulur. Qatar şirkətləri isə ictimai asayişi pozan sərnişinlərə artıq 1000 funt sterlinqədək cərimə tətbiq etmək səlahiyyətinə malikdir.

Bununla belə, yeni qaydaların necə icra ediləcəyi hələ tam aydın deyil. Hökumət avtobus sürücülərinin sərnişinlərə nəzarət etməsinin gözlənilmədiyini, bu işin nəqliyyat təhlükəsizliyi əməkdaşları və polis tərəfindən həyata keçiriləcəyini bildirib.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Dünya vaxtı sistemində dəyişiklik: artıq saniyə tətbiqi ləğv edilir

Aynur Camal

Güclü yağışlar və daşqınlar nəticəsində 4 nəfər öldü

Aynur Camal

Qlobal iqlim hesabatının dərc tarixi ilə bağlı ölkələr razılığa gələ bilmədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu