Aun San Su Çji, Myanma xəbərləri, III Çarlz, kralın hədiyyəsi, Myanmada hərbi rejim, Kim Aris, siyasi məhbus, The Guardian
Dünya

Aun San Su Çji ilə bağlı nadir fotolar yayımlandı

Bugun.tv xəbər verir ki, Myanmanın hakimiyyətdən devrilmiş keçmiş lideri Aun San Su Çjinin Britaniya kralı III Çarlzın göndərdiyi hədiyyələri qəbul edərkən çəkilmiş nadir fotoları yayımlanıb. Şəkillərdə uzun müddətdir ictimaiyyət qarşısında görünməyən siyasətçinin iki bağçılıq kitabı və möhürlənmiş məktub aldığı əks olunub.

“The Guardian” qəzetinin oktyabrın 20-də yaydığı məlumata görə, hədiyyələr Myanmanın paytaxtı Neypyidoda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Su Çjiyə çatdırılıb. Rəsmi nümayəndənin açıqlamasına əsasən, kitablar torpaq və bağçılıq mövzusuna həsr olunub. III Çarlzın bitkilərə və ətraf mühitə maraq göstərdiyi məlumdur.

Fotoların yayılması ölkədə siyasi vəziyyət və beynəlxalq münasibətlər fonunda müzakirələrə səbəb olub. Tənqidçilər bu addımın hərbi rəhbərliyin beynəlxalq təcriddən çıxmaq və ölkədə vəziyyətin normallaşdığı təəssüratını yaratmaq cəhdi ola biləcəyini bildiriblər.

Aun San Su Çjinin Londonda yaşayan oğlu Kim Aris kralın hədiyyələrini müsbət qarşıladığını desə də, görüntülərin hakim hərbi rejim tərəfindən siyasi məqsədlər üçün istifadə edilməməsinin vacibliyini vurğulayıb.

Aun San Su Çji 2021-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. Hazırda o, Myanmanın paytaxtında yeri açıqlanmayan ərazidə ev dustaqlığında saxlanılır.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Güclü yağışlar və daşqınlar nəticəsində 4 nəfər öldü

Aynur Camal

Qlobal iqlim hesabatının dərc tarixi ilə bağlı ölkələr razılığa gələ bilmədi

Aynur Camal

İctimai nəqliyyatda yüksək səslə video izləyənlər cərimələnə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu