qlobal iqlim hesabatı, iqlim dəyişikliyi, BMT ekspertlər qrupu, IPCC, emissiyaların azaldılması, iqlim siyasəti, istixana qazları, beynəlxalq iqlim danışıqları
Dünya

Qlobal iqlim hesabatının dərc tarixi ilə bağlı ölkələr razılığa gələ bilmədi

Bugun.tv xəbər verir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) növbəti genişmiqyaslı hesabatının nə vaxt dərc olunacağı ilə bağlı ölkələr arasında razılıq əldə edilməyib. Bu vəziyyət iqlim dəyişikliyi ilə mübarizə üzrə gələcək qərarların elmi məlumatlarla əsaslandırılmasına təsir göstərə bilər.

“The Guardian” qəzetinin oktyabrın 20-də yaydığı məlumata görə, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən birhəftəlik görüş cümə günü hesabatın dərc tarixi müəyyənləşdirilmədən dayandırılıb. Əvvəlki plana əsasən, IPCC-nin yeddinci qiymətləndirmə hesabatının 2028-ci ildə dərc edilməsi gözlənilirdi. Lakin Səudiyyə Ərəbistanı, Rusiya və Hindistanın rəhbərlik etdiyi, Çin və Keniyanın da daxil olduğu bir qrup ölkə hesabatın 2029-cu ilə və ya daha sonraya keçirilməsini istəyir.

Həmin ölkələr iqlim araşdırmalarında inkişaf etmiş dövlətlərin təsirinin həddindən artıq olduğunu və bunun nəticələrə qərəz gətirə biləcəyini iddia edirlər. Bununla belə, bir sıra alimlər hesabatın gecikməsinin emissiyaların azaldılması üzrə növbəti öhdəliklərin hazırlanmasını çətinləşdirəcəyindən narahatdırlar.

Hökumətlərin 2028-ci ildə istixana qazı emissiyalarının azaldılması ilə bağlı yeni hədəfləri müzakirə etməsi gözlənilir. Hesabatın həmin vaxta qədər hazır olmaması ölkələrin iqlim siyasəti üzrə qərarlarına təsir göstərə bilər.

IPCC rəhbəri Cim Skea görüşün mümkün qədər tez bərpa olunacağını bildirib. Hesabatın yekun dərc tarixi isə hələ müəyyən edilməyib.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Dünya vaxtı sistemində dəyişiklik: artıq saniyə tətbiqi ləğv edilir

Aynur Camal

Güclü yağışlar və daşqınlar nəticəsində 4 nəfər öldü

Aynur Camal

Aun San Su Çji ilə bağlı nadir fotolar yayımlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu