Ernest Heminquey, DNT-də məlumat saxlama, E. coli bakteriyası, DNA-SaM texnologiyası, elmi kəşf, rəqəmsal arxiv, biotexnologiya, Nature Communications
Maraqlı faktlar

Ernest Heminqueyin hekayəsi bakteriyanın DNT-sində saxlanıldı

Bugun.tv xəbər verir ki, çinli tədqiqatçılar məşhur amerikalı yazıçı Ernest Heminqueyin qısa hekayəsini bağırsaq bakteriyası Escherichia colinin (E. coli) DNT-sində kodlaşdırıblar. Təcrübə zamanı mətnin bakteriyaların 100 nəsli ərzində qorunub saxlanıldığı və sonradan yenidən oxuna bildiyi müəyyən edilib.

Mail.ru-nun məlumatına görə, alimlər rəqəmsal faylları DNT-də saxlamaq və oxunma zamanı yaranan səhvləri düzəltmək üçün DNA-SaM adlı kodlaşdırma sistemi hazırlayıblar. Bu üsul rəqəmsal məlumatların DNT-nin dörd əsas komponentinin — A, T, G və C-nin ardıcıllığı şəklində yazılmasına əsaslanır.

Təcrübə üçün Heminqueyin “Çox qısa hekayə” adlı əsərinin 3288 bayt həcmində rəqəmsal faylı seçilib. Məlumat 41 DNT hissəsinə bölünüb və plazmid adlanan kiçik DNT molekullarına yerləşdirilib. Daha sonra bu molekullar E. coli bakteriyalarına daxil edilib.

Tədqiqatçılar məlumatın qorunub-saxlanmasını bakteriyaların müxtəlif nəsillərində yoxlayıblar. Onuncu, iyirminci, qırxıncı, altmışıncı, səksəninci və yüzüncü nəsillərdə aparılan yoxlamalar zamanı oxunan DNT ardıcıllıqları ilkin məlumatlarla üst-üstə düşüb.

Alimlər sistemi canlı hüceyrələrdən kənarda, süni şəkildə hazırlanmış DNT molekulları üzərində də sınaqdan keçiriblər. Nəticələr göstərib ki, kifayət qədər molekulyar surət olduqda məlumatı tam bərpa etmək mümkündür. Surətlərin sayı azaldıqda isə məlumatın bir hissəsi itə bilər.

Tədqiqatçılar bildirirlər ki, DNT-də məlumat saxlamaq gələcəkdə uzunmüddətli rəqəmsal arxivlər yaratmaq üçün perspektivli üsul ola bilər. Bununla belə, DNT-nin hazırlanması və oxunması hələ də bahalıdır, texnologiyanın böyük həcmli məlumatların saxlanması üçün praktik imkanları isə əlavə araşdırmalar tələb edir.

Tədqiqatın nəticələri Nature Communications elmi jurnalında dərc olunub.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Vanil xroniki yaraların sağalmasına kömək edə bilərmi?

Aynur Camal

Alimlər ilk dəfə yaşıl rəngdə görünən ulduz müəyyən etdilər

Aynur Camal

Qısa videolara uzun müddət baxmaq psixoloji yorğunluq yarada bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu