Şöhrət Həsənov, Bir şəkil sənədli filmi, Xocalı soyqırımı, Xocalı şəhidləri, Xuraman Osmanova, Xocalı qəhrəmanları, şəhidlərin xatirəsi, Vətən fədailəri
Sosial

“Bir şəkil”, min fəryad: Xocalının əbədi ziyalısı və qürur ünvanı – Şöhrət Həsənov

​Azərbaycanın müasir tarixinə qanla yazılmış Xocalı soyqırımı xalqımızın yaddaşında heç zaman silinməyəcək qanlı faciə, eyni zamanda əsl qəhrəmanlıq və şücaət salnaməsidir. Məhz bu dözülməz ağrını, haqq səsimizi və unudulmaz igidlərimizin şücaətini ekranlaşdıran – layihə rəhbəri Xuraman Osmanova, ideya müəllifi və rejissoru Nicat Cəlilov, ssenari müəllifi Orxan Aslan olan “Bir şəkil” sənədli filminin təqdimatı əbədi yaddaşın təntənəsi oldu.
​Tədbir şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himnimizin səsləndirilməsi ilə başladı. Daha sonra Şəhid Namiq Həmzəyevin adını daşıyan 238 nömrəli tam orta məktəbin istedadlı şagirdləri müxtəlif musiqi nömrələri təqdim etdilər.

Şöhrət Həsənov, Bir şəkil sənədli filmi, Xocalı soyqırımı, Xocalı şəhidləri, Xuraman Osmanova, Xocalı qəhrəmanları, şəhidlərin xatirəsi, Vətən fədailəri
​Sonda o həyəcanlı məqam çatdı və “Bir şəkil” sənədli filmi tamaşaçılara nümayiş olundu. Sənədli filmdə Xalq artisti Şamil Süleymanlı dərin təsirli nitqi ilə hadisələri gözlərimiz önündə canlandırdı, Nurəddin Mehdixanlı isə kadrarxası mətni səsləndirməklə izləyicilərin daxili aləmində vətənpərvərlik duyğularını oyatdı və filmə xüsusi rəng qatdı.

Şöhrət Həsənov, Bir şəkil sənədli filmi, Xocalı soyqırımı, Xocalı şəhidləri, Xuraman Osmanova, Xocalı qəhrəmanları, şəhidlərin xatirəsi, Vətən fədailəri

Hər kəs dərin sükut və böyük maraqla Xocalının mərd oğlu, 1944-cü il dekabrın 23-ündə dünyaya göz açan, geniş dünyagörüşünə və yüksək intellektə malik ziyalı Şöhrət Usub oğlu Həsənovun qəhrəmanlıq hekayəsini izləyirdi. Bir neçə xarici dili mükəmməl bilən, jurnalistika ilə fəal məşğul olan və Xocalının səsinin dünyaya çatdırılmasında əvəzsiz rolu olan “Xocalının səsi” qəzetinin adının seçilməsində belə yaxından iştirak edən Şöhrət Həsənov yalnız ziyalı deyil, həm də əsl Vətən fədaisi idi.

​

1992-ci il fevralın 25-dən 26-na keçən o dəhşətli gecədə erməni silahlı qüvvələri bəşər tarixinin ən qəddar soyqırımını törədərkən o, evində oturmadı, ön cərgədə dayandı. Son nəfəsinə, avtomatının darağındakı son gülləsinə qədər vuruşan Şöhrət Həsənov onlarla dinc sakinin, qadının, uşağın buzlu çayı keçərək xilas olmasına şərait yaratdı. Amma həmin gün onun həm də həyatla vidalaşdığı və əbədiyyətə qovuşduğu gün oldu. Faciədən təxminən bir ay sonra Şöhrət Həsənovun tapılan müqəddəs nəşi Bakıda Şəhidlər xiyabanında torpağa tapşırıldı. O, göstərdiyi misilsiz igidliyə görə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edildi.


​Onun ömür-gün yoldaşı Mehriban xanımla birlikdə Vətən sevgisi ilə böyütdüyü övladları — Aygün, Almaz, Gülnarə, Ruhiyyə və Bəyaz bu gün şəhid atalarının adını qürurla yaşadırlar. “Bir şəkil” filmi isə bu əbədi qəhrəmanlıq dastanını tarixin yaddaşına qızıl hərflərlə həkk edərək hər bir azərbaycanlının qəlbində heç zaman sönməyəcək bir məşəl yandırdı. Filmdə Şöhrət Həsənovla bağlı o qədər həssas məqamlara toxunulmuşdu ki, onu göz yaşları olmadan seyr etmək mümkün deyildi. Ən əsası, qızları atalarının arzularını gerçəkləşdirərək ali təhsil alıb Vətənə layiqli vətəndaş olmağı bacarıblar.

Şəhid Namiq Həmzəyevin adını daşıyan 238 nömrəli tam orta məktəbin istedadlı şagirdləri
Şəhid Namiq Həmzəyevin adını daşıyan 238 nömrəli tam orta məktəbin istedadlı şagirdləri
Şəhid Namiq Həmzəyevin adını daşıyan 238 nömrəli tam orta məktəbin istedadlı şagirdləri

​Ən nəhayət, 44 günlük müharibə zamanı torpaqlarımızın düşmən işğalından azad edilməsi şəhidlərimizin qanını yerdə qoymadı. Xocalı indi etibarlı əllərdədir, Xocalıda indi həyat var, azadlıq var, Xocalı üçün şəhid olanların ruhu şaddır. Bu qürurverici süjet xətti ilə sonlanan film həqiqətən də hər birimizin ruhunu oxşadı. Qeyd edək ki, bu film Xuraman Osmanovanın rəhbərliyi ilə şəhidlərimizə, eləcə də müharibə qəhrəmanlarımıza həsr olunan 4-cü layihəsidir.

Şöhrət Həsənov, Bir şəkil sənədli filmi, Xocalı soyqırımı, Xocalı şəhidləri, Xuraman Osmanova, Xocalı qəhrəmanları, şəhidlərin xatirəsi, Vətən fədailəri


​Filmdən sonra çıxış edən layihənin rəhbəri Xuraman Osmanova qeyd etdi ki, Şöhrət Həsənov həm əsl Vətən fədaisi, həm də əsl müəllim idi. Belə ölməz qəhrəmanları yaşatmaq, tanıtmaq və unutmamaq lazımdır. Tədbirdə çıxış edən digər şəxslər də Şöhrət Həsənovun həyat yolundan, onun Vətənə olan sevgisindən və hər bir Azərbaycan vətəndaşı üçün örnək olacaq xarakterindən danışdılar. Qeyd olundu ki, belə sənədli filmlər şəhidlərimizin adının əbədiləşdirilməsində və gənclərdə milli ruhun tərbiyəsində mühüm rol oynayır.

Şöhrət Həsənov, Bir şəkil sənədli filmi, Xocalı soyqırımı, Xocalı şəhidləri, Xuraman Osmanova, Xocalı qəhrəmanları, şəhidlərin xatirəsi, Vətən fədailəri

Aynur Nadirqızı

Bugün TV

Oxşar xəbərlər

Ucarda “Aqrar Biznes” və “I Çəltik” festivalı keçirildi

Bugün TV

21 Oktyabr – Vətən Müharibəsi İştirakçısı Xəqani Muradovun Həyatına Yenidən Başladığı Gün

Aynur Camal

Məhluqə Qaramanlının rəhbərlik etdiyi təşkilatın təcrübəsi beynəlxalq platformada işıqlandırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu