Putin və Zelenski görüşü, Donald Tramp, Dmitri Peskov, Rusiya-Ukrayna danışıqları, ABŞ-Rusiya münasibətləri, Ukrayna münaqişəsi, Əbu-Dabi danışıqları, sülh danışıqları
Dünya

Kreml Trampın Putin və Zelenski ilə yaxın vaxtlarda görüş keçiriləcəyi barədə sözlərinə münasibət bildirdi

Bugun.tv xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın vaxtlarda görüş keçiriləcəyi barədə açıqlamasını şərh edib.

“Mail.ru”nun “Reuters”ə istinadən yaydığı məlumata görə, Peskov “yaxın vaxtlarda” ifadəsinin geniş məna daşıdığını bildirib. Bununla belə, o, üç liderin görüşünün mümkünlüyünü təkzib etməyib. Kreml sözçüsü belə bir görüşdən əvvəl uzunmüddətli və diqqətli hazırlıq işlərinin aparılmalı olduğunu vurğulayıb.

Donald Tramp oktyabrın 28-də Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində irəliləyiş əldə olunduğunu deyərək, yaxın vaxtlarda görüş təşkil ediləcəyini bildirib. Jurnalistlərin görüşdə kimin iştirak edəcəyi barədə sualına cavabında ABŞ prezidenti Vladimir Putin və Volodimir Zelenskinin adlarını çəkib.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl Moskvanın noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə danışıqları bərpa etməyə hazır olduğunu açıqlamışdı. Görüşün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ehtimalı da gündəmə gəlib.

Hələlik üç liderin mümkün görüşünün dəqiq tarixi və yeri rəsmən açıqlanmayıb.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Fransadakı etiraz aksiyalarının zərəri 1,1 milyard avroya çata bilər

Aynur Camal

Körfəz ölkələri ABŞ-la İran arasında müharibənin yenidən başlamasının qarşısını almağa çalışır

Aynur Camal

ABŞ-da hava proqnozları və ekstremal hava hadisələrinə hazırlıqla bağlı narahatlıq artır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu