Cənubi Koreya, süni intellekt, dövlət büdcəsi, yarımkeçiricilər, məlumat mərkəzləri, Li Ce Myon, texnologiya sərmayəsi, CNBC
Texnologiya

Cənubi Koreya süni intellektə və yarımkeçiricilərə böyük sərmayə ayıracaq

Cənubi Koreya hökuməti 2027-ci il üçün rekord həcmdə dövlət büdcəsi hazırlayıb. Yeni büdcədə yarımkeçiricilər, fiziki süni intellekt və məlumat mərkəzlərinin inkişafına böyük vəsait ayrılması nəzərdə tutulur.

Bugun.Tv xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Prezident Li Ce Myonun təqdim etdiyi büdcə layihəsinin ümumi həcmi 820,9 trilyon von, yəni təxminən 610 milyard dollar təşkil edir. Bu, əvvəlki ilin büdcəsi ilə müqayisədə 12,8 faiz çoxdur.

Layihəyə əsasən, yarımkeçiricilərin istehsalı, fiziki süni intellekt texnologiyaları və məlumat mərkəzləri üçün 21,3 trilyon von ayrılması planlaşdırılır. Bundan əlavə, ölkənin özünəməxsus süni intellekt modelinin hazırlanması və əldə edilməsi məqsədilə 4,6 trilyon von vəsait nəzərdə tutulub.

Prezident bildirib ki, bu sərmayələr Cənubi Koreyanın gələcək iqtisadi artımını dəstəkləmək və texnoloji imkanlarını gücləndirmək məqsədi daşıyır.

Hökumət həmçinin yarımkeçirici sahəsində ixtisaslaşmış mütəxəssislərin hazırlanmasına və süni intellekt təhsilinin genişləndirilməsinə diqqət ayıracaq.

Mənbə: CNBC

Aynur Camal

Oxşar xəbərlər

Süni intellekt litium yataqlarının axtarışını sürətləndirəcək yeni sistem hazırladı

Aynur Camal

Süni intellektə əhval və emosiyalar qazandıran yeni model hazırlandı

Aynur Camal

77 yaşında kosmosa uçdu: Con Qlenin missiyası alimlərə nə öyrətdi?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu