Bugun.Tv xəbər verir ki, britaniyalı səyyah Karl Buşbi 28 il davam edən dünya səyahətini başa vuraraq İngiltərənin Hull şəhərində anasının evinə qayıdıb.
“Associated Press”in məlumatına görə, Buşbi 1998-ci ildə 29 yaşında olarkən keçmiş paraşütçü kimi hərbi xidmətdən ayrıldıqdan sonra dünya ətrafında piyada səyahətə başlayıb. O, Cənubi Amerikaya uçduqdan sonra yolunu əsasən piyada davam etdirib.
Noyabrın 2-də səyyah doğma şəhərinə çatıb və anası Angela ilə evlərinin qarşısında qucaqlaşıb. Onu qarşılamaq üçün evin qarşısına çoxsaylı insanlar toplaşıb. Binanın qarşısında “Evə xoş gəldin, oğlum” yazılmış banner də asılıb.
Buşbinin səfəri təxminən 31 min mil, yəni 50 min kilometrə yaxın məsafəni əhatə edib. Onun qayıdışı uzun illər davam edən səyahətin ailə ilə duyğulu görüşlə yekunlaşması baxımından diqqət çəkib.
Mənbə: Associated Press
