Bugun.Tv xəbər verir ki, “Snap Inc.” şirkəti “Snapchat” platformasının yeniyetmələrdə asılılıq yaradan xüsusiyyətlərə malik olması ilə bağlı iki gəncin qaldırdığı iddialar üzrə məhkəmə mübahisəsini razılaşma ilə yekunlaşdırıb.
“Reuters”in məlumatına görə, iddiaçılar platformanın avtomatik video oynatma və sonsuz sürüşdürmə kimi funksiyalarının uşaqlıq yaşlarından etibarən həddindən artıq istifadəyə səbəb olduğunu bildiriblər. Onlar bunun depressiya, narahatlıq və qidalanma pozuntuları kimi psixoloji problemlərlə əlaqəli olduğunu iddia ediblər.
İddiaçılardan biri İllinoys ştatından olan 16 yaşlı qız, digəri isə Missisipi ştatından olan 18 yaşlı gəncdir. Onlar daha əvvəl “Meta”, “TikTok” və “YouTube” ilə bağlı da iddialar irəli sürmüş və həmin şirkətlərlə də razılığa gəlmişdilər.
“Snap” tərəflərin mübahisəni razılaşma yolu ilə həll etdiyini təsdiqləsə də, razılaşmanın maliyyə şərtləri açıqlanmayıb. Şirkət yeniyetmələrin təhlükəsizliyini gücləndirmək üçün müxtəlif tədbirlər gördüyünü bildirib.
Qeyd edək ki, bu iş sosial media platformalarının azyaşlı istifadəçilərə təsiri ilə bağlı ABŞ-da davam edən minlərlə məhkəmə iddiasından biri hesab olunur.
Mənbə: Reuters
