yol nişanları, ikioxlu nişan, yol hərəkəti qaydaları, ABŞ yolları, yol təhlükəsizliyi, sürücülər, yol maneələri, maraqlı faktlar
Dünya

Bu yol nişanının mənası sürücüləri təəccübləndirir: Maneənin hər iki tərəfindən keçmək olar

Bugun.Tv xəbər verir ki, ABŞ yollarında rast gəlinən sarı rəngli, üzərində iki istiqamətə ayrılan qara ox təsvir edilmiş yol nişanı sürücülər tərəfindən tez-tez yanlış başa düşülür. Oxların aşağıya doğru yönəlməsi bəzilərində bunun enişli yol xəbərdarlığı olduğu təəssüratını yaratsa da, nişan tamamilə fərqli məna daşıyır.

ABŞ-da yol nişanlarının standartlarını müəyyən edən MUTCD təlimatında W12-1 kodu ilə göstərilən bu nişan qarşıdakı adanın və ya fiziki maneənin həm sağından, həm də solundan keçməyin mümkün olduğunu bildirir.

Nişan hansı ərazilərdə quraşdırılır?

İki oxlu nişan əsasən yolun ortasında fiziki maneə olan ərazilərdə istifadə edilir. Belə yerlərə ayırıcı adalar, beton sədlər, körpü dayaqları və hərəkət istiqamətlərini ayıran digər konstruksiyalar daxildir.

Nişan sürücüyə maneənin hansı tərəfindən keçə biləcəyini göstərir. Maneənin ətrafından ayrılan yollar daha sonra yenidən birləşə və ya fərqli istiqamətlərə davam edə bilər.

Beləliklə, bu nişan yoxuş və ya eniş barədə xəbərdarlıq etmir. Onun əsas məqsədi sürücüləri qarşıdakı maneəyə yaxınlaşarkən düzgün hərəkət istiqaməti barədə məlumatlandırmaqdır.

Mənbələr: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

ÜST: Türkiyə sağlamlıq gündəminin öncülərindən birinə çevrildi

Aynur Camal

ABŞ seçkiləri İranda necə qarşılandı?

Aynur Camal

Demokratların qələbəsindən sonra Ağ Evdən Trampla bağlı diqqətçəkən paylaşım

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu