Dünya

Demokratların qələbəsindən sonra Ağ Evdən Trampla bağlı diqqətçəkən paylaşım

Bugun.Tv xəbər verir ki, ABŞ-da keçirilən Konqres ara seçkilərində Demokratlar həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu əldə edərək Konqresə nəzarəti ələ keçiriblər. Bununla da Respublikaçılar hər iki palatadakı üstünlüklərini itiriblər.

Seçkilərin nəticələri müzakirə olunduğu bir vaxtda Ağ Evdən diqqətçəkən paylaşım edilib. Prezident Donald Trampın Oval kabinetdə çəkilmiş fotosunun yer aldığı paylaşımda “Xatırlatma: Tramp hələ də sizin prezidentinizdir” sözləri yazılıb.

Anadolu Agentliyinin məlumatına görə, paylaşım Demokratların hər iki palatada qələbəsindən sonra Ağ Evin sosial şəbəkə hesabında yayımlanıb.

Tramp seçkilərin nəticələrini qəbul etməyə hazır olduğunu bildirib

Tramp seçki nəticələrinə münasibət bildirərkən Demokratların yaxşı kampaniya apardığını qeyd edib. O, özünün də seçki bülletenində yer alacağı təqdirdə Respublikaçıların daha böyük qələbə qazana biləcəyini iddia edib.

ABŞ prezidenti Demokratlarla bir sıra məsələlərdə əməkdaşlıq etməyə hazır olduğunu da bildirib.

Demokratların Konqresdə çoxluğu əldə etməsi Tramp administrasiyasının qanunvericilik təşəbbüslərinin qəbulunu çətinləşdirə bilər. Bununla belə, seçkilərin nəticələri Trampın prezidentlik səlahiyyətlərini dəyişmir və o, prezident kimi fəaliyyətini davam etdirəcək.

Mənbələr: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ seçkiləri İranda necə qarşılandı?

Aynur Camal

Bu yol nişanının mənası sürücüləri təəccübləndirir: Maneənin hər iki tərəfindən keçmək olar

Aynur Camal

Kanadada süd niyə plastik paketlərdə satılır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu