COP31, Türkiyə, Ümumdünya Səhiyyə Təşkilatı, iqlim dəyişikliyi, sağlamlıq böhranı, Antalya, karbon emissiyaları, səhiyyə sistemləri
Dünya

ÜST: Türkiyə sağlamlıq gündəminin öncülərindən birinə çevrildi

Bugun.Tv xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi Diarmid Kempbell-Lendrum Türkiyənin iqlim müzakirələrində sağlamlıq məsələlərinin ön plana çıxarılmasında aparıcı ölkələrdən birinə çevrildiyini bildirib.

Anadolu Agentliyinin məlumatına görə, ÜST-nin İqlim Dəyişikliyi, Enerji və Havanın Keyfiyyəti Bölməsinin rəhbəri Diarmid Kempbell-Lendrum və təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus həftəlik mətbuat konfransında iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərini müzakirə ediblər.

Qebreyesus iqlim böhranının eyni zamanda sağlamlıq böhranı olduğunu vurğulayaraq, onun yoluxucu xəstəliklərin yayılmasına, ürək və ağciyər xəstəliklərinin, xərçəng və astma hallarının artmasına səbəb olduğunu bildirib.

Türkiyə sağlamlıq məsələlərini əsas prioritetlərdən birinə çevirib

Kempbell-Lendrum qeyd edib ki, Türkiyə COP31 çərçivəsində iqlimə davamlı və dinamik səhiyyə sistemlərinin qurulmasını 10 əsas prioritetdən biri kimi müəyyənləşdirib. O, bunu konkret irəliləyiş kimi qiymətləndirib.

ÜST rəsmisi noyabrın 9-da başlayacaq zirvənin ilk günündə xüsusi Sağlamlıq Gününün təşkil olunmasını da müsbət addım adlandırıb. Tədbirdə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusun da iştirakı gözlənilir.

COP31-də hansı məsələlər müzakirə olunacaq?

Noyabrın 9–20-də Türkiyənin Antalya şəhərində keçiriləcək COP31 iqlim konfransında karbon emissiyalarının azaldılması, insanların iqlim dəyişikliklərinin təsirlərindən qorunması və bu sahədə maliyyələşdirmə məsələləri əsas müzakirə mövzuları olacaq.

Kempbell-Lendrum zirvədə əvvəlki 30 konfransda müzakirə edilən məsələlər üzrə daha konkret nəticələrin əldə olunacağına ümid etdiklərini bildirib.

Mənbələr: Ensonhaber

Aynur Camal

Oxşar xəbərlər

ABŞ seçkiləri İranda necə qarşılandı?

Aynur Camal

Bu yol nişanının mənası sürücüləri təəccübləndirir: Maneənin hər iki tərəfindən keçmək olar

Aynur Camal

Demokratların qələbəsindən sonra Ağ Evdən Trampla bağlı diqqətçəkən paylaşım

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu