NASA, Antarktida, Veqa adası, buzlaqların əriməsi, peyk görüntüləri, iqlim dəyişiklikləri, Landsat 9, elmi kəşf
Dünya

NASA Antarktida buzlaqlarında kəlləyə bənzəyən görüntü qeydə alıb

Bugun.Tv xəbər verir ki, NASA-nın peyk görüntülərində Antarktidadakı Veqa adasının buzla örtülmüş səthində insan kəlləsini xatırladan maraqlı mənzərə qeydə alınıb. İlk baxışda kəlləyə bənzəyən bu görüntü əslində buzlaqların, qayalıqların və buzlaq çöküntülərinin təbii birləşməsindən yaranıb.

NASA-nın Yer Rəsədxanasının oktyabrın 30-da yayımladığı görüntülər “Landsat 9” peykinin çəkilişləri əsasında hazırlanıb. Müqayisə üçün 22 mart 2025-ci il və 10 oktyabr 2026-cı il tarixlərində qeydə alınmış şəkillərdən istifadə olunub.

Görüntünün arxasında buzlaqların dəyişməsi dayanır

Şəkillər arasında nəzərəçarpan fərq var: 2025-ci ilin martında ərazinin böyük hissəsi qarla örtülü olduğu halda, 2026-cı ilin oktyabrında qar örtüyü xeyli azalıb və tünd rəngli buzlaq səthləri üzə çıxıb.

Qlyasioloq Mauri Peltounun sözlərinə görə, buna 2026-cı ilin qışında, xüsusilə iyun ayında havanın normadan isti keçməsi, qarın az toplanması, küləklər və buzun birbaşa buxara çevrilməsi prosesi təsir göstərib.

Alimlər xəbərdarlıq edirlər ki, tünd buz səthi qarla müqayisədə daha çox Günəş enerjisi udur. Bu isə qarşıdakı isti mövsümdə ərimə prosesini sürətləndirə və adanın kəlləyə bənzəyən görünüşünü dəyişə bilər.

Mənbələr: Hi-Tech Mail

Aynur Camal

Oxşar xəbərlər

440 illik qıfılın şifrəsi 27 ildən sonra açıldı

Aynur Camal

Husilər Ər-Riyad hava limanına raket atdıqlarını iddia edirlər

Aynur Camal

Makron şəxsi yazışmasında Merkel və Draqi üçün darıxdığını yazıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu