Emmanuel Makron, Angela Merkel, Mario Draqi, Fransuaza Deqoa, Fransa siyasəti, Avropa İttifaqı, şəxsi yazışmalar, siyasi kitab
Dünya

Makron şəxsi yazışmasında Merkel və Draqi üçün darıxdığını yazıb

Bugun.Tv xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron 2024-cü ilin oktyabrında Brüsseldə keçirilən Avropa İttifaqı sammiti zamanı jurnalist Fransuaza Deqoa ilə şəxsi yazışmasında Almaniyanın sabiq kansleri Angela Merkel və İtaliyanın keçmiş baş naziri Mario Draqi üçün darıxdığını bildirib.

Makron Telegram vasitəsilə göndərdiyi mesajda sammitdəki mühiti darıxdırıcı və yaradıcılıqdan uzaq kimi xarakterizə edib. O, “Mario Draqi və Angela Merkel üçün çox darıxıram” sözlərini yazıb.

Bu yazışmalar Fransuaza Deqoanın noyabrın 5-də Fransanın “Robert Laffont” nəşriyyatında işıq üzü görən “Vous êtes tous trop durs avec moi” adlı kitabında yer alıb. Kitabda jurnalistin Makronla təxminən iki il ərzində apardığı şəxsi Telegram söhbətlərindən parçalar təqdim olunur.

Məlumata görə, jurnalist yazışmaları dərc etməzdən əvvəl Fransa prezidentindən icazə almayıb. Kitabdan bəzi hissələr nəşrdən əvvəl “Le Figaro” və “Marianne” mətbu orqanlarında da yayımlanıb.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Alman startapı Rusiyanın “kölgə donanmasını” izləmək üçün pilotsuz döyüş gəmisi hazırlayır

Aynur Camal

Çadırlara dron zərbəsi endirildi: Ölən və yaralanan var

Aynur Camal

Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq sazişi imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu