Dünya

Tramp: Rusiya ilə Ukrayna arasında böyük razılaşma əldə oluna bilər

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması istiqamətində razılaşmaya yaxın olduqlarını bildirib. Onun sözlərinə görə, hazırlanması nəzərdə tutulan sənəd yalnız iki ölkəni deyil, bütün Avropanı əhatə edə bilər.

Bugun.tv xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı nikbin danışıb. O, tərəflər arasında çoxsaylı insan itkilərinin yaşandığını xatırladaraq mövcud vəziyyəti “qan gölünə” bənzədib.

ABŞ prezidenti mümkün razılaşmanın genişmiqyaslı olacağını vurğulayıb: “Bu, böyük razılaşma olacaq və yalnız Ukrayna ilə məhdudlaşmayacaq. Hətta bütün Avropanı əhatə edə bilər. Hamı bundan məmnun qalacaq”.

Ağ Evdə Rusiya nümayəndəsi ilə görüş keçirilib

Reuters-in məlumatına görə, Tramp Ağ Evdə Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə də qapalı görüş keçirib. Eyni zamanda, ABŞ nümayəndələri Brüsseldə Ukrayna, NATO və Avropa tərəfdaşları ilə təhlükəsizlik təminatlarını müzakirə ediblər.

Rusiya və Ukrayna nümayəndələrinin noyabrın 10–11-də Əbu-Dabidə danışıqlar aparması planlaşdırılır. Bununla belə, Trampın açıqladığı genişmiqyaslı razılaşmanın konkret şərtləri hələ açıqlanmayıb və tərəflər arasında yekun razılığın əldə olunduğu barədə məlumat yoxdur.

Mənbə: Ensonhaber⁠

Aynur Camal

Oxşar xəbərlər

İran ABŞ-a nüvə proqramı ilə bağlı yeni təklif göndərdi

Aynur Camal

Tramp Oval kabinetin tarixi abidə statusu almasını istəyir

Aynur Camal

Dörd gün ərzində 22 sərnişin reysi bomba hədəsi ilə üzləşdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu