Şanxayda robot sınağı, humanoid robotlar, süni intellekt, robot texnologiyaları, avtomatlaşdırılmış mağaza, Çində texnologiya, robotların imkanları, gələcəyin texnologiyaları
Dünya

24 saat işləyən robotlardan ikisi sınaqdan keçə bilmədi

Çinin Şanxay şəhərində altı humanoid robotun 24 saat fəaliyyət göstərən mağazada iş qabiliyyəti sınaqdan keçirilib. Bir gün davam edən təcrübə zamanı robotlara məhsulları rəflərə düzmək, qəhvə və isti yeməklər hazırlamaq, müştərilərə xidmət göstərmək və təmizlik işlərini yerinə yetirmək tapşırılıb.

Bugun.Tv xəbər verir ki, Mail.ru-nun məlumatına görə, sınaqda iştirak edən altı robotdan yalnız dördü verilən tapşırıqların öhdəsindən gələ bilib. Digər ikisi isə gözlənilən nəticəni göstərə bilməyib.

Robotlardan biri məhsulları rəflərə düzmək üçün nəzərdə tutulsa da, mağazanın gündəlik iş tempinə uyğunlaşa bilməyib. Təmizlik işlərinə cəlb olunan digər robot isə gecə saatlarında dolu zibil qabı ilə qarşılaşdıqdan sonra fəaliyyətini düzgün davam etdirə bilməyib. O, müəyyən edilmiş marşrutdan çıxaraq mağazanın ərazisini tərk edib.

Robotların gündəlik işlərdə imkanları yoxlanılır

Bu sınaq humanoid robotların real iş şəraitində nə dərəcədə səmərəli fəaliyyət göstərə bildiyini qiymətləndirmək məqsədi daşıyıb. Nəticələr göstərir ki, robotlar bəzi tapşırıqları yerinə yetirsələr də, gözlənilməz vəziyyətlərdə hələ də çətinliklərlə üzləşirlər.

Mütəxəssislər üçün əsas məsələlərdən biri robotların insan müdaxiləsi olmadan müxtəlif şəraitə uyğunlaşmaq imkanlarının təkmilləşdirilməsidir.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Rusiya və ABŞ avtonom silahlarla bağlı beynəlxalq qaydaların qəbuluna qarşı çıxır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu