Baş xəbər

Milli Cəbhə Partiyası xalqı Zəfər Günü münasibətilə təbrik etdi

Milli Cəbhə Partiyası xalqımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib.

Bugun.tv xəbər verir ki, partiyanın sədr müavini Məhəmməd Əsədullazadə öz sosial şəbəkə hesabında partiyanın adından paylaşım edərək Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətinə diqqət çəkib.

“Xalqın İradəsi, Dövlətin Gücü: Zəfər gününüz mübarək!” başlıqlı paylaşımda qeyd olunub ki, 8 Noyabr Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bildirilib ki, bu tarix milli ləyaqətin bərpası, 30 illik həsrətin sona çatması, dövlətin qüdrətinin və xalqın sarsılmaz birliyinin təcəssümüdür.

Partiyanın təbrikində vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə ölkənin müstəqilliyinin və suverenliyinin mühüm rəmzidir.

Paylaşımda Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib, qazilərə və qəhrəman əsgərlərə minnətdarlıq ifadə olunub. Bildirilib ki, onların canı və qanı bahasına yazılan Zəfər dastanı gələcək nəsillərə ötürüləcək ən böyük dövlətçilik mirasıdır.

Milli Cəbhə Partiyası təbrikini “Zəfərimiz əbədi, dövlətimiz sarsılmaz, birliyimiz daimi olsun!” sözləri ilə yekunlaşdırıb.

Aynur Camal

Oxşar xəbərlər

Birinci vitse-prezident Zəfər Günü münasibətilə paylaşım edib

Aynur Camal

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

Aynur Camal

8 Noyabr – Zəfər Günü: Azərbaycan xalqının tarixə qızıl hərflərlə yazdığı Qələbədən 6 il ötür

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu