Dünya

“İrana hücumlar ABŞ tarixinin ən uğurlu addımlarından biri olacaq”

Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi hücumların tarixə ölkəsinin ən uğurlu addımlarından biri kimi düşəcəyini bildirib. O, bu əməliyyatları İranın nüvə silahı əldə etməsinin qarşısını almaq zərurəti ilə əsaslandırıb.

Türkiyənin “Ensonhaber” nəşrinin məlumatına görə, Tramp Floridadan Vaşinqtona qayıdarkən Vest-Palm-Biç şəhərində jurnalistlərin suallarını cavablandırıb. O, ABŞ-ın İranla müharibədə qalib gəldiyini iddia edərək, hərbi əməliyyatların nə vaxt başa çatdırılmasının müzakirə oluna biləcəyini deyib.

“Bu, tarixi baxımdan gördüyümüz ən yaxşı işlərdən biri kimi yadda qalacaq”, – deyə Tramp bildirib. O, İranın nüvə silahına sahib olacağı təqdirdə dünya üçün təhlükə yaradacağını iddia edib.

ABŞ prezidenti İrana qarşı yeni zərbələr endirmək imkanının olduğunu da söyləyib. Onun sözlərinə görə, körpülərə və elektrik stansiyalarına hücum edilərsə, həmin obyektlərin bərpası 10-15 il çəkə bilər. Tramp belə zərbələrin İran əhalisi üçün ağır nəticələr doğura biləcəyini də etiraf edib.

Vitse-prezident JD Vensin İran müharibəsini Respublikaçıların seçkilərdəki məğlubiyyətinin səbəblərindən biri kimi göstərən açıqlamalarına toxunan Tramp bunun aralarındakı münasibətə təsir etmədiyini bildirib. Bununla belə, o, Vensin ABŞ-ın eyni vəziyyətdə yenidən hərbi əməliyyata başlayacağını da açıq deməli olduğunu vurğulayıb.

Tramp gələn həftə Çin səfəri zamanı Si Cinpin və Vladimir Putinlə görüş ehtimalından da danışıb. Bildirib ki, mümkün görüşdə nüvə silahlarından imtina və İran müharibəsinin başa çatdırılması kimi məsələlər müzakirə oluna bilər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Saxta bomba xəbərdarlıqları hava limanlarına və media qurumlarına təsir etdi

Aynur Camal

Rubio: İranla diplomatik razılaşma əldə olunmaya bilər

Aynur Camal

İraq Hörmüz boğazından neft ixracı üçün ABŞ-la razılıq əldə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu