Avropa iqtisadiyyatı, Çin sənayesi, Avropa istehsalçıları, beynəlxalq rəqabət, Yens Eskelund, avtomobil sənayesi, ticarət əlaqələri, dünya iqtisadiyyatı
Texnologiya

Avropa istehsalçıları Çinlə rəqabətdə mövqelərini itirə bilərlər

Avropa sənaye istehsalçıları Çin şirkətlərinin sürətlə güclənməsi fonunda rəqabət qabiliyyətlərini itirmək təhlükəsi ilə üzləşirlər. Mövcud tendensiyalar davam edərsə, Avropa müəssisələri 2030-cu ilə qədər Çin istehsalçıları ilə rəqabət aparmaq cəhdlərindən imtina edə bilərlər.

Bugun.tv xəbər verir ki, bu barədə Çində Avropa İttifaqı Ticarət Palatasının rəhbəri Yens Eskelund “The Guardian” nəşrinə açıqlamasında xəbərdarlıq edib.

Onun sözlərinə görə, Çin şirkətlərinin xüsusilə avtomobil, kimya və bərpaolunan enerji sahələrində mövqelərini gücləndirməsi Avropa istehsalçılarına ciddi təzyiq yaradır. Çin məhsullarının həm daxili, həm də beynəlxalq bazarlarda rəqabət imkanlarının artması Avropa şirkətlərinin fəaliyyətinə təsir göstərir.

Eskelund hesab edir ki, Avropa şirkətləri üçün mümkün çıxış yollarından biri Çinlə rəqabət aparmaq əvəzinə, onun təchizat zəncirlərinə qoşulmaqdır. Bu, Avropa müəssisələrinin Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində məhsul istehsal etməsi və həmin məhsulların dünya bazarlarına çıxarılması deməkdir.

O, həmçinin Avropanın istehsal sənayesinin zəifləməsinin kütləvi iş yerlərinin itirilməsi və iqtisadi problemlərlə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Avropa şirkətləri robototexnika və fiziki süni intellekt sahəsində rəqabət aparmağa hazırdır

Aynur Camal

Süni intellekt 92 yeni şəkər əvəzedicisinin hazırlanmasına yol aça bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu