Avropa məktəbləri, bomba təhdidi, İtaliya, Şotlandiya, Şimali İrlandiya, Corcia Meloni, məktəblərin boşaldılması, kiber təhdidlər
Dünya

İtaliya, Şotlandiya və Şimali İrlandiyada minlərlə məktəbə bomba təhdidi göndərilib

Bugun.tv xəbər verir ki, İtaliya, Şotlandiya və Şimali İrlandiyada minlərlə məktəbə bomba təhlükəsi barədə elektron məktublar göndərilib. Təhdidlərdən sonra İtaliyada bir sıra təhsil müəssisələri ehtiyat tədbiri olaraq boşaldılıb.

TRT Haber-in BBC-yə istinadən yaydığı məlumata görə, İtaliyada təxminən 6 300, Şotlandiya və Şimali İrlandiyada isə ümumilikdə 700-dən çox məktəb belə mesajlar alıb. İtaliyada ölkə üzrə 7 476 dövlət məktəbindən təxminən 6 300-nün elektron poçtuna eyni məzmunlu məktub göndərildiyi bildirilir.

İtaliyanın Baş naziri Corcia Meloni aparılan yoxlamalarda konkret təhlükə əlamətlərinin aşkarlanmadığını açıqlayıb. O, bu təhdidlərin cəmiyyətdə qorxu və narahatlıq yaratmağa hesablandığını bildirib.

Şotlandiya polisi də mesajları ilkin qiymətləndirmə zamanı əsassız təhdid kimi dəyərləndirib. Şimali İrlandiyada isə polis əks göstəriş vermədiyi müddətdə məktəblərin fəaliyyətini davam etdirməsi tövsiyə olunub.

Təhdidlərin eyni mənbədən göndərilib-göndərilmədiyi hələlik tam müəyyənləşdirilməyib. Hüquq-mühafizə orqanları mesajların mənbəyini araşdırır.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Ərdoğan COP31-də Qəzzadakı müharibəni “ekosid” adlandırdı

Aynur Camal

Rusiya və Ukrayna paytaxtlarına qarşılıqlı hücumlar həyata keçirib – ABŞ nümayəndələri Moskvaya getdi

Aynur Camal

İran Argentina Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini “terror təşkilatı” elan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu