Dünya

Ərdoğan COP31-də Qəzzadakı müharibəni “ekosid” adlandırdı

Bugun.tv xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 11-də Antalyada keçirilən BMT-nin COP31 İqlim Sammitində çıxışı zamanı Qəzza zolağında baş verənlərin yalnız humanitar deyil, həm də ekoloji fəlakət olduğunu bildirib.

Ərdoğan İsrailin hərbi əməliyyatları nəticəsində Qəzzada torpaqların və su ehtiyatlarının çirkləndiyini, çoxəsrlik zeytun ağaclarının məhv edildiyini, şəhərlərin dağıntılar altında qaldığını vurğulayıb. O, baş verənləri “soyqırımı və ekosid” kimi xarakterizə edib, İsraili bölgəyə humanitar yardımın çatdırılmasına imkan verməyə çağırıb.

Türkiyə Prezidentinin sözlərinə görə, dağıdılmış infrastruktur, güclü yağışlar və daşqınlar nəticəsində didərgin düşmüş insanların yaşadığı çoxsaylı çadır və müvəqqəti sığınacaqlar da yararsız vəziyyətə düşüb.

İsrail Xarici İşlər Nazirliyi isə Ərdoğanın bəyanatına sərt reaksiya verib. Nazirlik Türkiyə Prezidentini beynəlxalq platformadan İsrailə qarşı “yalan kampaniyası” aparmaqda ittiham edib və HƏMAS-ın tərksilah edilməsinin Qəzzanın bərpası üçün vacib olduğunu bildirib.

Qeyd edək ki, Qəzzada müharibə nəticəsində kənd təsərrüfatı torpaqlarına, su və kanalizasiya sistemlərinə, eləcə də təbii ekosistemlərə ciddi ziyan dəyib. BMT-nin Ətraf Mühit Proqramının 2025-ci il hesabatında əkin sahələrinə və bitki örtüyünə genişmiqyaslı zərər qeydə alınıb.

Mənbə: Associated Press

Aynur Camal

Oxşar xəbərlər

Rusiya və Ukrayna paytaxtlarına qarşılıqlı hücumlar həyata keçirib – ABŞ nümayəndələri Moskvaya getdi

Aynur Camal

İran Argentina Hərbi Dəniz və Hərbi Hava Qüvvələrini “terror təşkilatı” elan etdi

Aynur Camal

Bitkilər temperatur dəyişikliklərini necə hiss edirlər?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu