Səhiyyə

Cift toxumasından əldə edilən hüceyrələr şəkərli diabet xəstələrinin sağalmayan yaralarına ümid verdi

Bugun.tv xəbər verir ki, alimlər insan ciftinin toxumasından əldə edilən xüsusi hüceyrələrin şəkərli diabet səbəbindən yaranan və uzun müddət sağalmayan ayaq yaralarının müalicəsində ümidverici nəticə göstərdiyini açıqlayıblar. Bu barədə “Reuters” agentliyinin noyabrın 13-də yayımladığı səhiyyə icmalında məlumat verilib.

Araşdırma çərçivəsində xroniki diabetik ayaq yaraları olan 10 nəfərə sağlam cift toxumasından əldə edilmiş hüceyrələrdən ibarət eksperimental müalicə tətbiq edilib. Hüceyrələr yaranın daxilinə, ətrafına və yaxın yumşaq toxumalara yeridilib.

Nəticələrə görə, iki iştirakçının yarası iki ay ərzində sağalıb, altı ayın sonunda isə bütün 10 nəfərdə yaraların tam bağlandığı qeydə alınıb. İştirakçılardan doqquzunda müalicə olunan ayaqlarda hissiyyatın da yaxşılaşdığı bildirilib.

Bir il davam edən müşahidə müddətində müalicə ilə əlaqəli ciddi mənfi təsir qeydə alınmayıb.

Bununla belə, mütəxəssislər nəticələrin ilkin mərhələdə əldə edildiyini və araşdırmada iştirakçı sayının az olduğunu vurğulayırlar. Müalicənin təhlükəsizliyini və real effektivliyini müəyyən etmək üçün daha geniş klinik sınaqlara ehtiyac var.

Mənbə: academic.oup.com

Aynur Camal

Oxşar xəbərlər

Alimlər qan-beyin baryerinin yeni funksiyasını aşkar ediblər: Alzheimer müalicəsinə yol aça bilər

Aynur Camal

Piylənmə diaqnozunda yeni yanaşma: Təkcə boy və çəki kifayət etməyəcək

Aynur Camal

Melanoma əleyhinə fərdi peyvənd alan ilk pasiyentdə metastazların yox olduğu bildirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu