Rusiya Ukrayna müharibəsi Sanksiyalar
Dünya

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib: 12 nəfər və 101 qurum hədəfə alınıb

Bugun.tv xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirməsinə töhfə verdikləri əsas gətirilərək 12 fiziki şəxs və 101 quruma qarşı əlavə sanksiyalar tətbiq edib.

Aİ Şurasının açıqlamasına görə, yeni məhdudiyyətlər Rusiyanın Ukraynadakı mülki infrastruktura hücumlarına cavab olaraq qəbul edilib. Sanksiya siyahısına Rusiyanın bank və maliyyə sektorunda fəaliyyət göstərən 50-yə yaxın bank və maliyyə qurumu daxil edilib. Məqsəd dövlət gəlirlərinin ötürülməsində və müharibənin maliyyələşdirilməsində istifadə olunan maliyyə kanallarını məhdudlaşdırmaqdır.

Yeni tədbirlər Rusiyanın elektron ticarət sektorunu, neft və enerji şirkətlərini də əhatə edir. Sanksiya siyahısına neft emalı zavodlarını və Sankt-Peterburq Neft Terminalını idarə edən, neft axtarışı və hasilatı ilə məşğul olan şirkətlər də əlavə olunub.

Aİ Rusiyanın “kölgə donanması”na qarşı tədbirləri də genişləndirib. Birləşmiş Ərəb Əmirlikləri, Çin, Seyşel adaları və Omanda yerləşən, Rusiya mənşəli xam neft və neft məhsullarını alan bəzi şirkətlər də məhdudiyyətlərə məruz qalıb.

Qərara əsasən, siyahıya daxil edilən şəxslərin və qurumların aktivləri dondurulur, onlara maliyyə və iqtisadi resursların birbaşa və ya dolayı yolla təqdim edilməsi qadağan olunur. Fiziki şəxslər üçün isə Aİ ərazisinə səfər məhdudiyyəti tətbiq edilir.

Aİ Şurasının məlumatına görə, ümumilikdə Rusiyaya qarşı sanksiyalar çərçivəsində təxminən 4600 şəxs və qurum yer alır.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Qütb burulğanı gözləniləndən tez zəifləyir: Avropada qış daha soyuq keçə bilərmi?

Aynur Camal

Ukrayna Krım körpüsünü vurduğunu bildirib: hərəkət müvəqqəti məhdudlaşdırılıb

Aynur Camal

45 gündür axtarılan qoyun atın köməyi ilə xilas edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu