Sakit okean, dərin okean, polimetal düyünlər, dəniz canlıları, 245 orqanizm, biomüxtəliflik, dərin dəniz mədənçiliyi, elmi araşdırma
Dünya

Sakit okeanın dibində bir daşın içindən 245 canlı orqanizm aşkarlandı

Sakit okeanın minlərlə metr dərinliyində yerləşən metal tərkibli daşların daxilində indiyədək diqqətdən kənarda qalan kiçik canlılar aşkar edilib. Alimlərin araşdırması göstərib ki, bu mineral birləşmələr yalnız faydalı metallar mənbəyi deyil, həm də dəniz canlıları üçün xüsusi yaşayış mühitidir.

Bugun.tv xəbər verir ki, beynəlxalq alimlər qrupu Sakit okeanın mərkəzi hissəsində yerləşən Klarion-Klipperton zonasından toplanmış polimetal düyünləri araşdırıb.

Tədqiqat zamanı 244 daş nümunəsinin daxilində ümumilikdə 4 139 canlı orqanizm müəyyən edilib. Hər daşda orta hesabla 17 canlıya rast gəlinib. Ən sıx məskunlaşmış nümunənin daxilində isə 245 orqanizm aşkarlanıb.

Bu canlıların bir çoxu bir millimetrdən də kiçikdir. Onlar daşların daxilindəki çatlarda və boşluqlarda məskunlaşır. Araşdırma göstərib ki, həmin canlı icmalarının növ tərkibi ətrafdakı yumşaq dəniz dibində yaşayan orqanizmlərdən fərqlənir.

Alimlərin diqqətini çəkən əsas məqam bu daşların milyonlarla il ərzində formalaşmasıdır. Onların tərkibində nikel, kobalt və mis kimi sənaye baxımından qiymətli metallar var. Bu səbəbdən polimetal düyünlər dərin dəniz mədənçiliyi üçün maraq doğurur.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, bu daşların çıxarılması onların daxilində yaşayan özünəməxsus canlıların yaşayış mühitini məhv edə və dərin okeanın biomüxtəlifliyinə geri dönməz zərər vura bilər.

Mənbə:  ScienceDaily

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-da uçuşların dayandırılması: Demokrat senatorlar izahat tələb edir

Aynur Camal

Araşdırma: Şəhər qarğaları insanın baxış istiqamətinə diqqət edir

Aynur Camal

Monqolustan prezidenti istefa vermək qərarını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu