Donald Tusk, Polşa, Ukrayna, hərbi qüvvələr, atəşkəs, Könüllülər koalisiyası, Avropa təhlükəsizliyi, beynəlxalq siyasət
Siyasət

Tusk Ukraynaya Polşa hərbçilərinin göndərilməyəcəyini açıqlayıb

Polşa Ukraynada müharibə başa çatdıqdan sonra da öz hərbi qulluqçularını bu ölkəyə göndərməyi planlaşdırmır. Varşava bununla yanaşı, Ukraynaya dəstək məqsədilə logistika və müttəfiqlərlə əməkdaşlıq sahəsində rolunu davam etdirəcəyini bildirir.

Bugun.tv xəbər verir ki, bu barədə “Mail.ru” məlumat yayıb.

Polşanın Baş naziri Donald Tusk noyabrın 19-da Berlində keçirilən “Könüllülər koalisiyası”nın görüşü ərəfəsində jurnalistlərə açıqlamasında ölkəsinin mövqeyini bir daha ifadə edib. Onun sözlərinə görə, Polşa Ukrayna ərazisində hərbi kontingent yerləşdirməyəcək.

Tusk bildirib ki, Polşa koalisiyanın logistika təminatında və müttəfiqlərlə birgə fəaliyyətində mühüm rol oynamağa davam edəcək.

Polşada hərbi təlimlər keçirilir

Bu arada Polşada Ukraynada mümkün atəşkəsdən sonrakı təhlükəsizlik tədbirlərinə hazırlıq məqsədilə beynəlxalq hərbi təlimlər təşkil olunub. Noyabrın 9-dan 22-dək davam edən manevrlərdə 11 ölkədən təxminən 2 800 hərbçinin iştirakı nəzərdə tutulub.

Təlimlər mümkün gələcək missiyanın koordinasiyası, hərbi qüvvələrin hərəkəti və logistika imkanlarının sınaqdan keçirilməsini əhatə edir.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Rusiya və Gürcüstan birillik fasilədən sonra birbaşa dialoqu bərpa etdi

Aynur Camal

“ABŞ, Çin və Rusiya liderlərinin birgə Bəyannaməsi dekorativ xarakterlidir”

Aynur Camal

Tramp, Putin və Si Cinpin Şençjendə görüşüb birgə bəyannamə qəbul ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu