Rusiya Gürcüstan münasibətləri, Minsk görüşü, Mixail Qaluzin, Giorgi Zurabişvili, diplomatik dialoq, regional təhlükəsizlik, ticarət əməkdaşlığı, beynəlxalq siyasət
DünyaSiyasət

Rusiya və Gürcüstan birillik fasilədən sonra birbaşa dialoqu bərpa etdi

Rusiya və Gürcüstan arasında diplomatik münasibətlərin olmadığı şəraitdə tərəflər birbaşa təmasları yenidən aktivləşdiriblər. Noyabrın 19-da Minskdə keçirilən görüşdə iki ölkə arasında iqtisadi, ticarət və humanitar əməkdaşlıq məsələləri müzakirə olunub.

Bugun.tv xəbər verir ki, bu barədə “Mail.ru” məlumat yayıb.

Görüşdə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin və Gürcüstanın baş nazirinin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin birinci müavini Giorgi Zurabişvili iştirak ediblər.

Tərəflər ticarət-iqtisadi və mədəni-humanitar münasibətləri, mövcud problemləri, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Görüşün yekununda bir sıra praktiki razılaşmalar əldə olunduğu bildirilsə də, onların detalları açıqlanmayıb.

Diplomatik münasibətlərin bərpası demək deyil

Qeyd edək ki, Gürcüstan 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva ilə diplomatik münasibətləri kəsib. Buna görə də Minsk görüşü iki ölkə arasında diplomatik münasibətlərin bərpası kimi qiymətləndirilməməlidir. Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Döyüşçülərə smartfonlardan istifadə qadağan edildi

Aynur Camal

Tusk Ukraynaya Polşa hərbçilərinin göndərilməyəcəyini açıqlayıb

Aynur Camal

ABŞ Sakit okeanda dərin dəniz mədənçiliyi üçün milyonlarla hektar ərazini icarəyə verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu