Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərSiyasət

Paşinyanın yeni Konstitusiya planı Ermənistan müxalifətini seçim qarşısında qoyur – Məhəmməd Əsədullazadə

Ermənistanda yeni Konstitusiyanın hazırlanması və Azərbaycanla sülh müqaviləsinin imzalanması ətrafında müzakirələr ölkənin daxili siyasi gündəminə də təsir göstərir. Baş nazir Nikol Paşinyanın bu istiqamətdə atdığı addımların müxalifətə siyasi təzyiq vasitəsinə çevrilə biləcəyi bildirilir.

Bugun.tv xəbər verir ki, bu barədə siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşdığı şərhdə bildirib.

Ekspertin fikrincə, Ermənistan hakimiyyəti yeni Konstitusiya mətninin hazırlanması istiqamətində iş aparır və sənədin parlamentə təqdim edilməsi mümkündür. Lakin referendumun keçirilməsi üçün tələb olunan parlament səs çoxluğunun təmin edilməsi Paşinyan üçün əsas siyasi məsələlərdən biridir. Hakimiyyətin kifayət qədər səsə malik olmaması baş naziri müxalifətin dəstəyini axtarmağa vadar edə bilər.

Əsədullazadə hesab edir ki, Paşinyan Azərbaycanla sülh müqaviləsinin imzalanması və yeni Konstitusiyanın qəbulu prosesini öz siyasi gələcəyi ilə əlaqələndirməklə müxalifət üzərində təzyiq yaratmağa çalışır.

Ekspertin qənaətinə görə, müxalifət referendum məsələsində razılığa gəlməsə, Paşinyan növbədənkənar parlament seçkilərinə getmək variantını nəzərdən keçirə bilər. Bu addım onun siyasi mövqelərini möhkəmləndirmək və rəqiblərinin təsir imkanlarını azaltmaq strategiyasının tərkib hissəsi ola bilər.

Məhəmməd Əsədullazadə Ermənistanda yeni Konstitusiya üzrə referendumun keçirilməsi və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində irəliləyişin mümkün olduğunu düşünür. Onun fikrincə, Paşinyanın əsas məqsədlərindən biri həm ölkə daxilində mövqelərini gücləndirmək, həm də müxalifəti siyasi baxımdan daha məhdud imkanlarla üz-üzə qoymaqdır.

Aynur Camal

Oxşar xəbərlər

“Smartfonların müntəzəm təmizlənməsi vacibdir!”

Aynur Camal

Tusk Ukraynaya Polşa hərbçilərinin göndərilməyəcəyini açıqlayıb

Aynur Camal

Rusiya və Gürcüstan birillik fasilədən sonra birbaşa dialoqu bərpa etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu