İndoneziya, fabrik yanğını, Fonusa Agung Mulia, Çikande, itkin düşən işçilər, axtarış-xilasetmə, DNT analizi, dünya xəbərləri
DünyaHadisə

Şirniyyat fabrikində yanğın: 24 cəsəd torbası çıxarılıb, 50 işçinin yeri məlum deyil

İndoneziyanın Banten əyalətində yerləşən şirniyyat fabrikində baş verən güclü yanğından sonra axtarış-xilasetmə işləri davam edir. Hadisə nəticəsində fabrikin böyük hissəsi dağılıb, ərazidən 24 cəsəd torbası çıxarılıb. Təxminən 50 işçinin taleyi isə hələ dəqiqləşdirilməyib.

Bugun.tv xəbər verir ki, bu barədə “Reuters” və yerli KİV-lər məlumat yayıb.

Yanğın noyabrın 21-də Cakarta şəhərindən təxminən 50 kilometr aralıda, Seranq dairəsinin Çikande bölgəsində yerləşən “PT Fonusa Agung Mulia” şirniyyat fabrikində baş verib.

Banten əyalətinin polis rəisi Hendra Kurniawanın noyabrın 22-də verdiyi açıqlamaya görə, müəssisənin işçi məlumatları əsasında təxminən 50 nəfərin yeri müəyyən edilməyib. Bu rəqəmin növbə dəyişiklikləri səbəbindən yenilənə biləcəyi bildirilir.

Qurbanların şəxsiyyəti DNT analizi ilə müəyyənləşdiriləcək

Yanğının şiddəti səbəbindən çıxarılan cəsəd qalıqlarını xarici görünüşə əsasən tanımaq mümkün olmayıb. Buna görə qurbanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün yaxınlarından DNT nümunələri toplanacaq. Prosesin iki-üç həftə çəkə biləcəyi bildirilir.

Yanğının səbəbi araşdırılır. Axtarış-xilasetmə işlərinin noyabrın 23-də səhər saatlarında davam etdirilməsi planlaşdırılıb.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Ümummilli tətil səbəbindən sabah uçuşların böyük hissəsi ləğv ediləcək

Aynur Camal

Zaxarova: NATO Rusiya ilə müharibə aparmaq istəyir

Aynur Camal

Həkim hovuzlarda yayıla bilən infeksiyalar barədə xəbərdarlıq edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu