ABŞ ordusu, Ayova ştatı, qurğuşun azid, nəzarətli partlayış, ekoloji təhlükə, qurğuşun çirklənməsi, məhkəmə mübahisəsi, insan sağlamlığı
Dünya

ABŞ ordusunun qurğuşun tərkibli partlayıcıları məhv etmək planı mübahisə yaratdı

ABŞ ordusunun Ayova ştatında saxlanılan 4,4 ton qurğuşun azid maddəsini nəzarətli partlayışlarla məhv etmək planı ekoloji təşkilatların və yerli sakinlərin etirazına səbəb olub. Təşkilatlar əməliyyat nəticəsində havaya yayıla biləcək qurğuşun tozunun insan sağlamlığı və ətraf mühit üçün təhlükə yaradacağından narahatdırlar.

Bugun.tv xəbər verir ki, Ayova ştatındakı hərbi sursat zavodunda 68 çəlləkdə saxlanılan partlayıcı maddə uzun müddət ərzində təhlükəli vəziyyətə düşüb. ABŞ ordusu çəlləklərdəki mayenin buxarlanması nəticəsində maddənin kristallaşdığını və zərbə, yaxud temperatur dəyişikliyi zamanı öz-özünə partlaya biləcəyini bildirir.

Hərbi qurum nəzarətli partlayışın gözlənilməz partlayışdan daha təhlükəsiz olduğunu müdafiə edir. Lakin ekoloji təşkilatlar qurğuşun hissəciklərinin havaya yayılaraq ətraf ərazilərə, torpağa və kənd təsərrüfatı sahələrinə çökə biləcəyini vurğulayırlar.

Məsələ məhkəmə mübahisəsinə çevrilib

Sierra Club və Ayova Ekoloji Şurası əməliyyatın dayandırılması üçün məhkəməyə müraciət edib. Federal apellyasiya məhkəməsi icazənin icrasını müvəqqəti dayandırsa da, ABŞ Ədliyyə Nazirliyi ordunun fövqəladə səlahiyyətlərdən istifadə edərək partlayışları həyata keçirə biləcəyini bildirib.

Mətbuatda yayılan son məlumata görə, əməliyyatın noyabrın 25-də keçirilməsi planlaşdırılır. Ətraf mühit mütəxəssisləri isə qurğuşun çirklənməsinin təsirini müəyyənləşdirmək üçün uzunmüddətli müşahidələrin vacibliyini qeyd edirlər.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Silahlı toqquşmalar Ebola ilə mübarizəni çətinləşdirir

Aynur Camal

Ukraynada Rusiya zərbəsindən sonra dağıntılar altında qalanların axtarışı davam edir

Aynur Camal

Qəzzada dağıntılar uzunmüddətli ekoloji təhlükə yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu