Almaniya, Litva, kamikadze dronları, süni intellekt, hərbi texnologiyalar, NATO, Belarus sərhədi, pilotsuz uçuş aparatları
Dünya

Süni intellekt dəstəkli kamikadze dronlarını sınaqdan keçirildi

Almaniya Silahlı Qüvvələri Litvada keçirilən hərbi təlimlər çərçivəsində kamikadze tipli zərbə dronlarını və süni intellektə əsaslanan hədəf təhlili sistemini sınaqdan keçirib. Sınaqlar NATO-nun şərq cinahında hərbi imkanların gücləndirilməsi istiqamətində diqqət çəkən addımlardan biri hesab olunur.

Bugun.tv xəbər verir ki, sınaqlar Belarus sərhədi yaxınlığında yerləşən Litvanın Rudninkay hərbi poliqonunda, “Freedom Shield” təlimləri çərçivəsində keçirilib. Almaniyanın “Helsing” və “Stark” şirkətləri tərəfindən hazırlanmış kamikadze tipli dronlar tankları təqlid edən hədəflərə qarşı tətbiq olunub. Aparatlar real partlayıcı başlıqlarla deyil, təsirsiz təlim başlıqları ilə təchiz edilib. Sınaqları Almaniya Quru Qoşunlarının rəhbəri Kristian Freydinq də izləyib.

Süni intellekt hədəflərin təhlilinə kömək edir

Dron sınaqlarından bir neçə gün əvvəl alman hərbçiləri “Helsing” şirkətinin hazırladığı “Clarity” adlı süni intellekt sistemini də yoxlayıblar. Bu texnologiya peyklərdən, pilotsuz uçuş aparatlarından və digər müşahidə vasitələrindən əldə olunan məlumatları təhlil edərək mümkün hədəfləri müəyyənləşdirir və hərbi komandanlığa qərar verməkdə kömək edir.

Almaniya 2025-ci ildə bu tip döyüş dronlarının alınması barədə qərar qəbul edib. Ölkənin Litvada daimi yerləşdirilməsi planlaşdırılan 5 min nəfərlik hərbi briqadasının 2027-ci ilin sonunadək tam formalaşdırılması nəzərdə tutulur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İraq Səddam Hüseynin hökumətinə xidmət etmiş təyyarəni satışa çıxardı

Aynur Camal

Çində dövlət sirlərini xarici ölkəyə ötürən keçmiş məmur ölüm cəzasına məhkum edildi

Aynur Camal

Cənubi Koreyada Rusiya hərbi təyyarələrinə görə adada təxliyə xəbərdarlığı verilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu