Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərSiyasət

“İran TRİPP marşurutuna qarşı çıxması özünün regional və beynəlxalq tranzitdən məhrum olmasından irəli gəlir”

“İranın TRIPP marşrutuna qarşı çıxmasının əsas səbəblərindən biri regionda beynəlxalq ticarət və nəqliyyat axınlarının öz ərazisindən keçməsində maraqlı olmasıdır. Yeni nəqliyyat bağlantısının reallaşması Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın tranzit əhəmiyyətini artırmaqla yanaşı, İranın bu sahədəki mövqeyinə də təsir göstərə bilər”.

Bugun.tv xəbər verir ki, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə bu fikirləri sosial media hesabında paylaşdığı şərhində səsləndirib.

Ekspertin fikrincə, Tehran beynəlxalq nəqliyyat marşrutları üzərində təsir imkanlarını və tranzit gəlirlərini qorumağa çalışır. O, İranın Hörmüz boğazı, Babülməndəb boğazı və regiondakı digər nəqliyyat xətləri ilə bağlı geosiyasi maraqlarını da bu yanaşmanın tərkib hissəsi kimi qiymətləndirir.

İranın regional rəqabətlə bağlı narahatlıqları

Əsədullazadə hesab edir ki, TRIPP layihəsinin həyata keçirilməsi Azərbaycanın beynəlxalq nəqliyyat sistemində rolunu gücləndirə, Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı mövqelərinin genişlənməsinə şərait yarada bilər. Onun fikrincə, bu amillər Tehranın regional maraqları baxımından narahatlıq doğurur.

Siyasi ekspert Azərbaycanın İran ərazisindən keçəcək Araz dəhlizinin yaradılmasına da qarşı olmadığını vurğulayır. O bildirir ki, Bakı Tehranla nəqliyyat sahəsində əməkdaşlığa açıqdır.

Əsədullazadənin qənaətinə görə, İran gələcəkdə TRIPP marşrutundan özü də faydalana bilər. Xüsusilə Hindistanın bu bağlantıdan istifadə imkanları Tehran üçün yeni iqtisadi və tranzit perspektivləri yarada bilər. Ekspert hesab edir ki, İranın əsas məqsədi regional nəqliyyat axınlarında aparıcı mövqeyini və iqtisadi təsir imkanlarını qoruyub saxlamaqdır.

Aynur Camal

Oxşar xəbərlər

Moskva Estoniyanı açıq müharibəyə səbəb ola biləcək addımlarda ittiham etdi

Aynur Camal

Zelenski Rusiyanın Ukraynaya yeni hücumlar hazırladığını bildirdi

Aynur Camal

Tramp TRIPP layihəsinin praktiki mərhələsinin başlandığını elan edib, İlham Əliyevə təşəkkürünü bildirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu