Nyu-York, Macy’s paradı, Şükranlıq Günü, ABŞ bayramları, güclü külək, əlverişsiz hava, bayram tədbirləri, dünya xəbərləri
Dünya

Nyu-Yorkda məşhur Şükranlıq paradı ilk dəfə təxirə salındı

ABŞ-ın Nyu-York şəhərində hər il keçirilən məşhur Macy’s Şükranlıq paradı güclü külək və əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. Tədbirin 100-cü ildönümünə təsadüf edən builki parad tarixində ilk dəfə başqa günə keçirilib.

Bugun.tv xəbər verir ki, bu barədə “Associated Press” agentliyi noyabrın 26-da məlumat yayıb.

Əvvəlcə noyabrın 26-na planlaşdırılan parad noyabrın 28-də, şənbə günü keçiriləcək. Təşkilatçıların qərarı Nyu-Yorkda gözlənilən güclü külək, leysan yağışları və sahilyanı ərazilərdə daşqın təhlükəsi ilə əlaqədardır.

Şəhər meri Zöhran Mamdani bildirib ki, güclü külək ağac budaqlarının qırılmasına və elektrik xətlərinin zədələnməsinə səbəb ola bilər. Xüsusilə nəhəng hava şarlarının göydələnlər arasında hərəkəti iştirakçılar və tamaşaçılar üçün təhlükə yarada bilərdi.

Paradın böyük hava şarları, musiqi kollektivləri və müxtəlif tamaşalarla müşayiət olunması nəzərdə tutulur. Tədbir şənbə günü yerli vaxtla saat 08:30-da başlayacaq.

Maraqlıdır ki, parad İkinci Dünya müharibəsi illərində 1942–1944-cü illərdə keçirilməyib, lakin hava şəraiti səbəbindən indiyədək heç vaxt başqa günə təxirə salınmamışdı.

Mənbə: ApNews

Aynur Camal

Oxşar xəbərlər

Peskov: Aİ-nin Ukraynaya maliyyə dəstəyini davam etdirməsi sülh prosesinə mane ola bilər

Aynur Camal

ABŞ və tərəfdaşları Rusiyanın “Lukoyl” şirkətinin xarici aktivlərini almaq barədə razılığa gəldi

Aynur Camal

Keniyada ABŞ-ın dəstəklədiyi Ebola karantin mərkəzinin tikintisi dayandırılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu