ABŞ, Donald Tramp, İraq, neft qaçaqmalçılığı, Əli əl-Zeydi, Bağdad, İran, Yaxın Şərq
Dünya

Tramp İraq hökumətinin neft qaçaqmalçılığına qarşı tədbirlərini dəstəkləyib

ABŞ prezidenti Donald Tramp İraqın baş naziri Əli əl-Zeydinin ölkədə dövlət nəzarətini gücləndirmək, neft qaçaqmalçılığının qarşısını almaq və silahlı qüvvələri dövlətin tabeliyində toplamaq təşəbbüslərinə dəstək verib.

Bugun.tv xəbər verir ki, Tramp sosial şəbəkədəki paylaşımında İraq hökumətinin korrupsiyaya qarşı mübarizə və ölkə ərazisində silahların yalnız dövlətin nəzarətində olması istiqamətindəki addımlarını dəstəklədiyini bildirib.

Bu təşəbbüslər Bağdadın İranla əlaqəli silahlı qruplar və kürd hakimiyyət orqanları ilə münasibətlərində gərginlik yarada bilər. İraq hökumətinin neft sahələrinə nəzarəti genişləndirmək və sərhədlərdə federal qüvvələrin rolunu artırmaq planları artıq ölkə daxilində müzakirələrə səbəb olub.

Reuters qeyd edir ki, Vaşinqtonun bu mövqeyi İraqda dövlət hakimiyyətinin möhkəmləndirilməsi məsələsinə ABŞ-ın dəstəyini göstərir. Bununla belə, təşəbbüslərin ölkənin müxtəlif siyasi və silahlı qüvvələri arasında hansı nəticələrə gətirib çıxaracağı hələ bəlli deyil.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Nəsli kəsilmək təhlükəsində olan 26 tısbağa xilas edildi

Aynur Camal

Alimlər mayeni havada görünməz ultrasəs kanalı ilə daşıma üsulu hazırladılar

Aynur Camal

Britaniya Mərkəzi Bankı süni intellekt yatırımları ilə bağlı xəbərdarlıq etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu