süni intellekt, Britaniya Mərkəzi Bankı, maliyyə sabitliyi, texnologiya şirkətləri, süni intellekt investisiyaları, borclanma, kibertəhlükəsizlik, qlobal maliyyə sistemi
Dünya

Britaniya Mərkəzi Bankı süni intellekt yatırımları ilə bağlı xəbərdarlıq etdi

Süni intellekt texnologiyalarına ayrılan investisiyaların sürətlə artması və bu sahədə borclanmanın genişlənməsi qlobal maliyyə sistemində yeni risklər yarada bilər. Britaniya Mərkəzi Bankı texnologiya şirkətləri arasında maliyyə əlaqələrinin mürəkkəbləşməsinin bir sahədə yaranan problemin digər bazarlara da yayılması ehtimalını artırdığını bildirib.

Bugun.tv xəbər verir ki, hesabata əsasən, süni intellekt sistemləri üçün böyük məlumat mərkəzləri quran iri texnologiya şirkətlərinin 2026-cı ildə buraxacağı istiqrazların ümumi həcminin 305 milyard dolları ötəcəyi gözlənilir. Bu şirkətlərin bir-birinə maliyyə dəstəyi göstərməsi və gələcək gəlirlər əsasında mürəkkəb borclanma razılaşmaları bağlaması sektordaxili asılılığı artırır.

Mərkəzi Bank xəbərdarlıq edir ki, süni intellekt şirkətlərinin gözlənilən gəlirləri əldə edə bilməməsi, səhm qiymətlərinin kəskin enməsi və borcların qaytarılmasında çətinliklər maliyyə bazarlarında itkilərə səbəb ola bilər.

Hesabatda kibertəhlükəsizlik risklərinə də diqqət çəkilib. Süni intellekt sistemlərinin və rəqəmsal xidmət təminatçılarının sayının artması bankların texnoloji infrastrukturdan asılılığını gücləndirir. Bir böyük xidmət təminatçısında yaranan nasazlıq eyni texnologiyadan istifadə edən çoxsaylı maliyyə qurumlarının fəaliyyətinə təsir göstərə bilər.

Bununla yanaşı, Mərkəzi Bank Britaniya maliyyə sisteminin hazırda ümumilikdə dayanıqlı qaldığını vurğulayıb.

Mənbə: Reuters

Aynur Camal

Oxşar xəbərlər

Arktikanın inkişafı üzrə yeni strategiya təsdiqləndi

Aynur Camal

Qlobal temperatur ilk dəfə yeddi gün ardıcıl 2°C həddini keçdi

Aynur Camal

Aİ-nin 24 ölkəsi Ukraynaya 45 milyard avroluq kredit təklifini dəstəklədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu