Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Baş xəbərSiyasət

Məhəmməd Əsədullazadə: Qərbin kürd layihəsi əvvəlki geosiyasi imkanlarını itirir

Yaxın Şərqdə Türkiyənin regional siyasəti və Suriya ilə İraqda mərkəzi hakimiyyətlərin mövqelərinin güclənməsi Qərbin kürd siyasi-hərbi strukturlarına münasibətində dəyişikliklərə səbəb olur.

Bugun.tv xəbər verir ki, bu barədə siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşım edib.

Ekspert hesab edir ki, ABŞ uzun müddət Suriyanın şimal-şərqində kürd muxtariyyətinin yaradılmasını və özünə bağlı siyasi-hərbi strukturun formalaşdırılmasını dəstəkləsə də, regionda dəyişən geosiyasi vəziyyət bu siyasətin əvvəlki formada davam etdirilməsini çətinləşdirir.

Onun fikrincə, Türkiyənin PKK terror təşkilatının tərksilahı istiqamətində həyata keçirdiyi siyasət, eləcə də Suriyada YPG-PYD strukturunun gələcəyinin gündəmə gəlməsi yeni regional reallıqlar yaradır. ABŞ-ın Suriyanın ərazi bütövlüyü və suverenliyini önə çəkməsi də Vaşinqtonun yanaşmasında dəyişiklik əlaməti kimi qiymətləndirilir.

Əsədullazadə oxşar proseslərin İraqda da müşahidə olunduğunu vurğulayıb. Onun sözlərinə görə, Bağdadın sərhəd-keçid məntəqələri, neft yataqları və strateji ərazilər üzərində federal hökumətin nəzarətini gücləndirmək cəhdləri İraq Kürdüstan Regional Administrasiyasının əvvəlki geniş səlahiyyətlərinə təsir göstərə bilər.

Ekspertin qənaətinə görə, ABŞ artıq kürd faktorundan əvvəlki miqyasda istifadə strategiyasına yenidən baxır və regionda dövlətlərin suverenliyi çərçivəsində təhlükəsizlik arxitekturasına üstünlük verir. O hesab edir ki, bu proses Türkiyə, Suriya və İraq ərazilərində vahid və ya müstəqil kürd siyasi qurumu yaratmaq ideyasının geosiyasi imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Qeyd edək ki, bu fikirlər Məhəmməd Əsədullazadənin şəxsi siyasi-analitik qiymətləndirməsidir.

Aynur Camal

Oxşar xəbərlər

Məleykə Abbaszadə BDU-da ilk həftəsinin yekunlarını açıqladı: C bloku ilə bağlı işçi qrupu yaradılıb

Aynur Camal

Məhəmməd Əsədullazadə: Paşinyanın sərhədçilərlə bağlı açıqlaması Moskvaya siyasi mesajdır

Aynur Camal

Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu