Baş xəbər

Müdafiə naziri Zakir Həsənov həmkarı Hulusi Akar arasında telefon danışığı olub

Bugün.tv Müdafiə Nazirliyindən əldə etdiyi məlumata əsasən, H.Akar telefon danışığı zamanı Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu xüsusi qeyd edib.

General-polkovnik Z.Həsənov öz növbəsində həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.

Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi də aparılıb.

Aynur Camal

Oxşar xəbərlər

“Müstəqilliyimizi qorumaq və möhkəmləndirmək əsas vəzifəmizdir”

Aynur Camal

Ceyhun Məmmədov 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

Aynur Camal

28 May – Azərbaycan xalqının istiqlal yolunun başlanğıcı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu