6 C
Baku
24 Fevral 2026, 7:43
Sosial

Yuxu gətirən dərmanlar aslılıq yaradır?

 Yuxusuzluq və ya yuxunun pozulması, demək olar, bir çoxlarının qarşılaşdığı problemdir. Bu, təkcə yuxu çatışmazlığı deyil, həm də yaxşı yatmamaq, səhərədək oyaq qalmaq, rejimsizliklə əlaqədardır.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin eksperti Zakir Həsənov Bugun.tv-yə danışıb.

Onun sözlərinə görə, belə hallarda bəzən insanlar həkim məsləhəti olmadan yuxu dərmanı qəbul edirlər. Bu da bir sıra fəsadlara gətirib çıxarır. “Ümumikdə yuxu pozulmalarının bir neçə növü var. Bunlardan ən çox yayılanı isə yuxusuzluqdur. Həddindən artıq yorğunluq, həyəcan, gərgin və zehni iş, çox yeyilən axşam yeməyi yuxusuzluğa səbəb ola bilər. Bəzən bizə müraciət edirlər ki “həkim mənə yuxu dərmanı yazın, yuxum yoxdur”. Bəzən də xəstədə yuxuya keçməkdə, yaxud yuxuarası, yuxu sonunda problemlər yaranır. Qeyd etməliyəm ki, xəstələrə həqiqətən də ehtiyac olduğu halda yuxu dərmanı yazıla bilər. Həkim məsləhəti olmadan istifadə edilən dərman vasitələri sağlamlıq üçün təhlükəlidir”.

Yuxu dərmanının əks təsirlərinə gəlincə, bu xəstələrdə ciddi şəkildə tənəffüs, ürək, mədə-bağırsaq və digər problemlər yarada bilər. “Bəzən xəstələr düşünürlər ki, yuxu dərmanı onlara sakitəşdirici təsir edir. Amma bəzən də yuxunu daha da problemləşdirər və xəstələrdə ciddi şəkildə sinir-psixoloji vəziyyətlərin yaranmasına gətirib çıxarda bilər. Buna görə də ilk olaraq yuxusuzluğun səbəbini müəyyən etmək və buna uyğun müalicə almaq lazımdır. Yuxu dərmanları insana rahat yuxu gətirmir, sadəcə yuxuya getmə müddətini qısaldır”.

Bugün TV

Oxşar xəbərlər

Vətəndaşın əmək hüquqları pozulur – ŞİKAYƏT

Aynur Camal

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu