Dünyaİdman

Argentina üçqat dünya çempionu olub

Dünya çempionatında mundialın qalibi bəlli olub.

Bugun.tv-nin məlumatına görə, finalda ikiqat dünya çempionları – Argentina və Fransa üz-üzə gəlib.

Oyunun birinci hissəsi Cənubi Amerika təmsilçisinin 2:0 hesabı ilə başa çatıb.

Messi (penalti) və Di Mariyanın qolları ilə “tanqoçular” paltardəyişmə otağına qalib yollanıb.

Gərgin keçən ikinci hissədə avropalılar təslim olmaq fikrində olmadıqlarını nümayiş etdirib.

“Xoruzlar”ın xilaskar funksiyasını Mbappe üzərinə götürüb.

İki gündən sonra 24 yaşını qeyd edəcək hücumçu 80 (penalti) və 82-ci dəqqiələrdə vurduğu qollarla komandasını məğlubiyyətdən xilas edib.

Bundan sonra matçda əlavə vaxt oynanılıb.

Vacib qarşılaşmada hesabı açan Messi 109-cu dəqiqədə komandasının 3-cü qoluna imza ataraq cənubi amerikalıları ümidləndirib.

Təslim olmağı bacarmayan avropalılar Mbappnin 118-cı dəqiqədəki (penalti) het-triki ilə hesabı bərabərləşdirib.

Bundan sonra penaltilər seriyasında daha dəqiq oynayan Argentina 3-cü dəfə dünya çempionluğunu yaşayıb.

DÇ-2022
FİNAL
18 dekabr
19:00 Argentina – Fransa – 3:3 (penaltilər: 4:2)
Baş hakim: Şımon Marçinyak (Polşa)
Qol: Messi, 23 (penalti), 109. Di Mariya, 36 – Mbappe, 80 (penalti), 81, 118

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Pol, Entso Fernandes, Aleksis Makalister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Nigar Məmmədova

Oxşar xəbərlər

Fitnes mütəxəssisləri 50 ildən sonra idmanla məşğul olmağın xüsusiyyətlərindən danışdılar

Bugün TV

Havayda tarixin ən dəhşətli fəlakəti: Ölənlərin sayı 80-ə çatdı

Bugün TV

Amerikalı media məşhuru Taker Karlson Putindən iki saat müsahibə aldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu