Baş xəbərDünya

Bir çox ölkələr də ölümcül qar fırtınası bəlaları davam edir

Xarici Xəbərlər. 

Xarici KİV-nin verdiyi xəbərə görə,  dünyanın bir çox ölkələrində yağan qar səngimir.

ABŞ-ın çox hissəsini əhatə edən ölümcül qış fırtınası, əsasən də Nyu-Yorkun qərbində həyatı iflic edib.

Kütləvi fırtına Birləşmiş Ştatlarda ən azı 34 nəfərin ölümünə səbəb olub və bəzi sakinləri evlərin içərisində sıxışdırıb. On minlərlə ev və iş yerlərində elektrik enerjisi kəsilməsi  daha çox insanın ölməsinə səbəb olub.  Buffalo Niaqara Beynəlxalq Hava Limanında isə qarın ümumi qalınlığının 43 düym (109 santimetr) olduğunu söylənilib. Səlahiyyətlilər hava limanının çərşənbə axşamı səhərə qədər bağlı qalacağını deyib.

Dünyada eyni mənzərə Yaponiyada da görsənib. Belə ki, Yaponiyanın geniş ərazilərində yağan güclü qar 17 nəfərin ölümünə, 90-dan çox insanın yaralanmasına və yüzlərlə evin elektriksiz qalmasına səbəb olub.

Mənbə:apnews

Aynur Camal

Oxşar xəbərlər

Casusluq qalmaqalı: NATO-nun gizli məlumatlarını Çinə ötürən polkovnik saxlanıldı

Aynur Camal

İran-ABŞ nüvə danışıqlarından sonra ilk açıqlama

Aynur Camal

Nigeriyada kütləvi hücumlar sonrası BMT terrorizmi pisləyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu