Baş xəbər

Yanvarın 09-da gözlənilən hava şəraiti

 Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi məlumata əsasən Bakı və Abşeron yarımadasında  arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi 778 mm civə sütun təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Yollar buz bağlayacaq.

 Azərbaycanın rayonlarında bəzi yerlərdə sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 15-20°, gündüz 5-10° şaxta olacaq. Bölgələrdə də yolların buz bağlama ehtimalı var.

Aynur Camal

Oxşar xəbərlər

FIFA dünya çempionatının finalından sonra insidentlə bağlı araşdırmaya başladı

Aynur Camal

Deputat Ceyhun Məmmədov: Azərbaycan-Almaniya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur

Aynur Camal

Məhəmməd Əsədullazadə: İran ABŞ ilə yenidən danışıqlara başlamağa çalışır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu